Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Yanvar

2020
11:53
Bu ay Azərbaycana gələn Çin vətəndaşlarının sayı açıqlanıb - STATİSTİKA

“Bu il yanvar ayının 1-dən Azərbaycana gələn, ölkədə 15 gündən artıq qanuni əsaslarla olan və yaşayan Çin Xalq Respublikası vətəndaşlarının sayı 79 nəfərdir”.

FaktXəbər bildirir ki, bunu “Report”un sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə Əlaqələr idarəsinin rəisi Elnur Kələntərli deyib.

E.Kələntərlinin sözlərinə görə, həmin şəxslər olduğu yer üzrə qeydiyyata alınan, müvəqqəti olma müddəti uzadılan, o cümlədən müvəqqəti və ya daimi yaşama icazəsi alan əcnəbilərdir.

DMX rəsmisi xatırladıb ki, ölkəyə gələn əcnəbilər əsasən Avropa və MDB dövlətlərinin vətəndaşlarıdır: “Bununla yanaşı, ölkəmizə dünyanın bütün qitələrindən gələnlər var”.

Məqalədə : Çin 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şamaxıda zəlzələ oldu

18

Fevral
18:20
ÖLKƏ
282

Koreyada tuneldə 30 maşın toqquşub

18

Fevral
17:35
DÜNYA
274

Fevralın 19-na manatın məzənnəsi

18

Fevral
17:30
İQTİSADİYYAT
230

Baş Prokurorluqda kadr dəyişikliyi olub

18

Fevral
16:10
ÖLKƏ
331
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-02-2020 00:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru