Tarix:13-04-2017 12:20
Bu gün Xanım Zeynəbin (s.ə) vəfat günüdür
Şərh yaz
Bu gün Hicri təqvimlə Rəcəb ayının 15-i Xanım Zeynəbin (s.ə) vəfat günüdür.
 
Xanım Zeynəbi Kubra hicrətin 6-cı ilində Mədinə şəhərində dünyaya gəlib.Hz.Zeynəb(s.ə) İmam Əlinin(ə) və Hz.Fatimənin(s.ə) üçüncü övladı idi. Zeynəb ərəb dilində "atasının zinəti" deməkdir. Rəvayətə görə, bu adı ona babası Hz.Muhəmməd(s) qoyub. Xanım Zeynəb(s.ə) 5 yaşına qədər Peyğəmbərlə(s) bir dövrdə yaşayıb. Buna görə də bəzi alimlər onun səhabə olduğunu qeyd edirlər. Hər kəsə qarşı şəfqətli olan Hz.Peyğəmbər(s) ilk qız nəvəsini sevərək əzizləyər və «tövsiyə edirəm hamı bu qıza hörmət etsin, o, Xədiceyi Kubra kimidir» deyərmiş. Xanım Zeynəbin(s.ə) uşaqlıq və gənclik dövrü müqəddəs Əhli Beyt(ə) ailəsində keçir və yetkilnik yaşına çatdıqda o, İmam Əlinin(ə) qardaşı oğlu Abdullah ibn Cəfərlə ailə həyatı qurur.
 
Tarixi mənbələrə görə, Xanım Zeynəbin(s.ə) həyat yoldaşı Abdullah ərəblər arasında ən dövlətli insanlardan biri olub. Müxtəlif mənbələrdə Abdullahın və həyat yoldaşının böyük səxavətləri haqqında məlumatlar yer alıb.
 
Hicrətin 40-cı ili. Hz.Əli(ə) Kufədə şəhid olarkən Xanım Zeynəbin(s.ə) 35 yaşı vardı. Bu təqvimdən sonra onsuz da çətinliklərlə və təzyiqləri altında yaşayan Peyğəmbər(s) ailəsinin vəziyyəti bir qədər də pisləşir. İmam Həsənin(ə) və İmam Hüseynin(ə) dövründə Hz.Zeynəb(s.ə) hər zaman qardaşlarının yanında olur, onların qarşılaşdığı çətinlikləri bölüşürdü. Hicrətin 61-ci ilində – İmam Hüseyn(ə) Mədinəni birdəfəlik tərk edəndə onunla birlikdə Hz.Zeynəb(s.ə) də vardı…
 
Bu o vaxt idi ki,İmam Hüseynin(ə) bir zamanlar oxşanıb, əzizləndiyi peyğəmbər şəhəri  Mədinənin qapı-pəncərələri, küçə və dalanları, yeri, göyü və hətta daşları ağlayaraq bütün dövrlərin ən böyük şəhidini yola salırdı. Bu şəhər onun babası, atası, anası, qardaşı, özü və ailəsindən yalnız lütf və mərhəmət görmüşdü. Ölümə gedən karvanda iki oğlu ilə birlikdə, yaşı artıq 50-ni ötmüş Hz.Zeynəb(s.ə) də vardı.
 
«Harada Hüseyn var, Kərbəla var, orada Zeynəb də var». İmam Hüseynin(ə) Kərbəlada qılınc gücünə qanla qırılacaq mübarizəsini Hz.Zeynəb(s.ə)sözlə davam etdirəcəkdi. Amma hələ buna qədər çox hadisələr baş verəcəkdi. Tarix şahidlik edir ki, Aşura gününə qədər Xanım Zeynəb(s.ə) hər zaman qardaşının yanında olaraq ona mənəvi dəstək verir, karvandakı qadınlara rəhbərlik edirdi. Aşura günü İmam Hüseyn(ə) sonuncu dəfə bacısı ilə görüşərək ona son sözlərini dedikdən sonra qayıtmayacağı döyüşə yollanır…
 
Kərbəla Hz.Zeynəb(s.ə) üçün 7 qardaş, iki oğul, bir neçə qardaşoğlu və ümumilikdə 72 nəfər şəhidin itkisi demək idi. Amma bu itkilər Həzrət Fatimənin(s.ə) qızını sındıra bilmir.Çadırlaryandırıldıqda, qadınlar və uşaqlar əsir kimi Kufəyə aparıldıqda da Xanım Zeynəb(s.)mətanətli itirmir, köməksiz qadın və uşaqları himayə edirdi. Məhz onun təmkini və faciə qarşısında özünü itirməməsi səbəbindən şəhidlərin ailə üzvləri təhqir və alçaldılmalardan qorunur.
 
Bir zamanlar atasının rəhbərlik etdiyi dövlətin paytaxtı indi Hz.Zeynəbi(s.ə) əsir kimi qarşılayır. Amma bu xatirələr, acı tale onu sındırmır. Kufəlilərə müraciət edərək onların dönüklüyünü, vəfasızlığını ən sərt şəkildə üzlərinə vurur. Yezidin Kufədəki valisi Übeydullah ibn Ziyad isə qazandığı «qələbəni» qeyd etmək üçün şəhər camaatını məscidə dəvət edir. Əksəriyyəti qadınlardan ibarət olan Kərbəla əsirlərini də bura gətirirlər. Məhz burada, ibn Ziyadın qarşısında Xanım Zeynəb(s.ə) özünün tarixi ifadəsini işlədir. Zəmanənin qəddar hökmdarının nümayəndəsi öz qələbəsini qeyd etmək, əsirləri alçaltmaq üçün şəhidləri təhqir edir, onları aşağılamağa çalışır. Bu həm də xeyirlə şərin qarşıdurması idi.
 
«Mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim. Allah onların şəhadətini əvvəldən müəyyən etmişdi. Onlar da itaət edib öz axirət mənzillərinə yollandılar. Tezliklə Allah səni və onları Qiyamət günündə üzləşdirəcək, onlar səndən Allaha şikayət edib ədalət tələb edəcəklər. İndi fikirləş, gör o gün kim qalib gələcək». Zeynəbi Kubra(s.ə) bu ifadəni onun əzizlərini öldürmüş və qarşısında əsir kimi dayandığı şəxsin üzünə deyirdi. Bu sözlər indi yox, 7-ci əsrdə qəddar hakimiyyətin hökm sürdüyü bir dövrdə qadının dilindən söylənilirdi.
 
Tarixi mənbələrdə qeyd olunur ki, Xanım Zeynəbin(s.ə) mübariz ruhlu çıxışından sonra Yezid pərt olaraq etdiyi cinayətin məsuliyyətini Kufə hakiminin üzərinə yıxır. Zeynəbi Kubranın(s.ə) çıxışı qılınc zərbələri qədər təsirli id.Onun fədakarlığı Kərbəla inqilabının mahiyyətini ortaya qoyur.
 
Kərbəla şəhidlərinə ilk əza saxlayan da Xanım Zenyəb(s.ə) olub. İlk dəfə Əhli-Beyt(ə) ailəsini bir araya gətirib Kərbəla çölündə şəhidlərə məclis quran Xanım Zeynəb(s.ə) idi. Bununla da müsəlmanların 1400 ilə yaxındır davam edən Aşura məktəbinin əsası qoyulurdu.
 
Tarixi mənbələrə görə, Mədinəyə köçən Zeynəbi Kubra(s.ə) olduğu bütün yerlərdə öz haqq səsini ucaldırdı. Amma onun bu fəaliyyəti, Mədinədə apardığı mübarizə yerli hakimlərin narahatlığına səbəb olur. Xanım Zeynəbdən(s.ə) Şama şikayət olunur. Yezidin əmri ilə Zeynəbi Kubra(s.ə) Mədinədən Şama sürgün olunur. İmam Hüseynin(ə) şəhadətindən bir il sonra -  Hicrətin 62-ci ilində tarixin bu böyük qəhrəmanı Şamda vəfat edir.
 
Bu gün Şam şəhərində böyük bir ziyarətgah var. Xanım Zeynəbin(s.ə) müqəddəs məqbərəsi. Dünyanın əksər nöqtələrindən müsəlmanlar bu məkanı ziyarət etməyə gəlirlər. Şamda Kərbəla savaşının «qalibləri» də basdırılıb. Amma onların məzarları və hökm sürdükləri saraylar bu gün xarabalıqdır. Zeynəb(s.ə) abadlığının kölgəsində itən xarabalıqlar. Bu, tarixin haqq və batilə verdiyi qiymətdir.
Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza :
Teqlər :
Bu - gün - Xanım - Zeynəbin - (s.ə) - vəfat - günüdür -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:13-04-2017 12:20 - Oxundu: 198
Mənəviyat
25-04-2017 12:00 Bu gün MƏBƏS bayramıdır
22-04-2017 14:08 Krımda ən böyük məscidin inşaasına başlanıldı - VİDEO
20-04-2017 12:33 34-cü Beynəlxalq Quran Yarışı başladı: Azərbaycan bir nümayəndə ilə təmsil olunur
19-04-2017 14:01 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 21-Cİ YOL
15-04-2017 11:59 Xristian aləmi Pasxa bayramını qeyd edir
13-04-2017 12:20 Bu gün Xanım Zeynəbin (s.ə) vəfat günüdür
11-04-2017 11:23 Bu gün Əmirəlmöminin Həzrət Əlinin (ə) mövlud günüdür
07-04-2017 16:04 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 20-Cİ YOL
05-04-2017 16:43 Qanunsuz dini nikah oxuyanlar dövlət tərəfindən cəzalandırılıcaq - Rəsmi
03-04-2017 10:54 Krımda böyük "Came məscidin" tikintisinə başlanılıb - FOTO
31-03-2017 14:36 "İlahiyyat" məscidi bağlanır? - Rəsmi AÇIQLAMA
29-03-2017 12:37 Mordoviya Məhkəməsi hicabla bağlı qadağanı ləğv elədi
29-03-2017 10:32 Müqəddəs üç aylar – Rəcəb, Şaban, Ramazan
27-03-2017 15:12 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 19-CU YOL
27-03-2017 12:25 Ermənilər daha bir tarixi abidəmizdə qazıntı işləri aparır
20-03-2017 12:38 Bakıda gülpaylama aksiyası keçirilib - FOTO
09-03-2017 16:32 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 18-Cİ YOL
07-03-2017 13:25 Azərbaycanda 7 İslam kolleci təsis edilib - SİYAHI
06-03-2017 11:05 Quran oxuyan atasının səhvini tutan balaca - VİDEO
03-03-2017 22:06 AİP Xanım Fatimeyi-Zəhranın (s.ə) şəhadəti ilə bağlı tədbir keçirib
02-03-2017 16:16 Peyğəmbər qızı barədə bir neçə sual və cavabı
02-03-2017 15:01 QMİ Xanım Fatimeyi-Zəhranın (s.ə) şəhadət günü ilə bağlı mərasim keçirib
27-02-2017 16:11 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 17-Cİ YOL
23-02-2017 11:34 Kanadalı qadınlar İslamofobiyaya etiraz olaraq, 1 ay başlarını örtəcəklər - FOTO
21-02-2017 12:06 İslamla bağlı 3 maraqlı STATİSTİKA
20-02-2017 16:44 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 16-CI YOL
18-02-2017 12:10 QMİ sədri: “Avropa miqrantların qarşısında divarlar çəkir”
13-02-2017 16:40 Həccə gedənlər səfər pulunu hissə-hissə də ödəyə biləcək
11-02-2017 21:55 Azərbaycandan bu mövsüm Ümrə ziyarətinə 200-dən çox zəvvar gedib
11-02-2017 13:11 Bu gün Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət günüdür
11-02-2017 10:42 "Suriyada oturub "Azərbaycanı qan gölünə çevirəcəyik" deyənlərdən qorxmaq lazımdır"
07-02-2017 11:25 Ölkə məscidlərinin elektron axtarış xəritəsi - YENİLİK
07-02-2017 10:32 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 15-Cİ YOL
06-02-2017 17:06 Komitə: “Fatimeyi-Zəhra” məscidi sökülməyəcək
02-02-2017 14:05 Azərbaycandan 75 nəfər Həcc ziyarətinə yola düşüb
02-02-2017 11:29 İslamın əzəmətli qadını Xanım Zeynəbin (s.ə) mövlududur
30-01-2017 14:01 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 14-CÜ YOL
28-01-2017 12:01 Həcc xərci 8 min manat oldu – Azərbaycandan cəmi 600 nəfər gedəcək
26-01-2017 15:09 Həcc ziyarətinə sənəd qəbulu başladı - QİYMƏTLƏR
25-01-2017 16:37 Qafqaz Müsəlmanları İdarəsi yeni vahid xütbə kitabı hazırlayır
24-01-2017 15:20 İmamzadədəki lövhə məsələsi aydınlaşdı: "MƏN ETMİŞƏM!"
18-01-2017 11:52 Ziyarətgahların İŞİD-dən müdafiəsi üçün orijinal üsul düşünülüb
17-01-2017 12:15 Azərbaycandan bir dəfədən artıq Həccə gedənlərin NƏZƏRİNƏ!
16-01-2017 12:25 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 13-CÜ YOL
13-01-2017 14:28 Özbəkistanda həcc ziyarətinə iki dəfə getmək qadağan edilib
13-01-2017 09:39 Masallı şəhər məscidini xarabaya çeviriblər - FOTO
11-01-2017 17:04 Dini Komitə və QMİ "İslam Həmrəyliyi İli"ndə hansı işlər görəcək?
10-01-2017 13:00 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 12-Cİ YOL
09-01-2017 10:22 Bu gün Həzrət Məsumənin (s.ə) vəfat günüdür
07-01-2017 22:30 Ayətullah Sistaninin orqan nəqli barədə fətvası açıqlandı
07-01-2017 11:32 Bu gün İmam Həsən Əsgərinin (ə) mübarək mövlud günüdür
05-01-2017 21:41 Bu il Həcc ziyarətinə daha çox şəxs gedə biləcək
05-01-2017 10:40 Kərbəlaya piyada getmiş azərbaycanlı ilk müsahibəsini FaktXəbər-ə verdi - VİDEO
03-01-2017 20:25 Məscidi Əqsada iki ildə 97 nəfər müsəlman olub
30-12-2016 14:55 Xalq şairi Zəlimxan Yaqubun məzarı üstündə abidəsi ucaldılıb - FOTO
20-12-2016 14:01 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 11-Cİ YOL
19-12-2016 14:05 Rusiyada müsəlman telekanalı yaradılır
17-12-2016 16:01 Bakıda “Biz səni görmədən sevdik Ya Rəsuləlalah” adlı flaşmob keçirilib
17-12-2016 13:55 Peyğəmbərin (s) mövlud günü Bakıda ağacəkmə kampaniyası - FOTO
17-12-2016 10:43 Bu gün Məhəmməd (s) Peyğəmbərin mübarək mövlud günüdür

Xəbər Lenti
Bu gün ən çox oxunanlar


Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az