Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

31 Yanvar

2017
14:24
1182
Bu şaxtalı-qarlı havada Bakıda zibillikdə yaşayanlar - VİDEO

FaktXəbər-in Apatv-yə istinadən verdiyi məlumata görə, bura onun doğulub böyüdüyü yox, sığındığı məhəllədir. Orta yaşlı, hətta adını bilmədiyimiz bu xanıma yaxınlaşıb, həyat hekayəsini dinləmək istədik. İmtina etdi.

Niyə danışmamağının səbəbini soruşdum, dedi ki, onsuz da heç kim kömək etməyəcək. Məhəllə sakinlərindən öyrəndik ki, kimsəsizdir, uzun illərdir Binəqədi rayonu Cəfər Xəndan küçəsində özü üçün balaca bir sığınacaq düzəldib. Gündüzlər burda oturur, gecələri isə hərdən qonşuların evlərində.
 
Çəkilişdən imtina etdiyini görüb onu çox narahat etmədik, ayrılanda isə digər bir məhəllədə "məndən də acınacaqlı gündə yaşayanlar var" dediyini eşitdim.
 
Doğru deyirmiş. Məhəllə sakinləri də dedi ki, bu iki nəfər də zibilliyin ətrafındakı yarımtikilidə qalır. Digah sakini olduğunu deyən müsahibimiz zibillikdən banka toplayıb satır: "Heç harda işləmirəm, iş yoxdur. Fəhləlik də edirəm, elə olur ki, banka yığıb satır, çörək pulumu çıxarıram".
 
Əslən Gədəbəydən olduğunu deyən 64 yaşlı Çingiz  dayı bir ildir işləmir. Həyat yoldaşı rəhmətə gedəndən sonra yenidən evlənməyib. On ildir bacısının Digahdakı evinə pənah gətirib: "Qapılarda fəhləlik edirdim, kimin qapısı olsa. Hərdən-birdən gəlirəm ki, heç olmazsa, bir az pulum olsun. İşim olmadığından, küçələrdə qalmışam".
 
Zibilliyin ətrafındakı  yarımtikilidə məskunlaşanlardan biri də milliyyətcə rus olan Bakı sakinidir. Səliqəli geyinmişdi. Yaxınlaşıb dinləmək istəsək də müsahibədən imtina etdi.
 
Onların sayı  Bakıda nə birdir, nə beş. Nə yaşamağa yerləri, nə üz tutacaqları ünvanları, nə də onları ovudacaq doğmaları yoxdur. Küskündürlər, danışmaq və yaşadıqlarını anlatmaq belə istəmirlər.
 
Susandan kim anlar ki? Susaraq danışanlardır onlar...

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru