Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Noyabr

2019
20:39
Bəşər Əsəd: Ərdoğanla görüşdən şərəf duymazdım

Suriya dövlət televiziyası ölkə prezidenti Bəşşar Əsədlə son zamanlar ölkə ətrafında baş verən hadisələr və dünya gündəmi ilə əlaqədar geniş müsahibə alıb.

FaktXəbər-in rəsmi "Sana" agentliyinə istinadən məlumatına görə, jurnalistin, "sizlər indiki vaxtda Türkiyə ilə danışıqlar masası arxasında əyləşməyə hazırsınızmı? Hazırda, hücumlardan və danışıqlardan sonra" sualına belə cavab verib:

"Məndən, "şəxsən əl tutşmaq, ya da Ərdoğanın qurupundan biri ilə, ya da onun kimi biri ilə, ya da mövqeyini təmsil edən biri ilə görüşmək məcburiyyətində qalarsam nə hiss edərdim", - deyə sual versəniz, bu görüşdən şərəf duymazdım, diksinərdim cavabını verərdim. Lakin milli maraq olduqda şəxsi hissləri kənara qoyarıq. Ancaq nəticə verəcək bir görüş olarsa. Vətənin xeyrinə olan hər görüşün keçirilməsi lazımdır ki, bu da dövlət vəzifəsidir. Ancaq Türkiyə baxışından şərtlər dəyişərsə və bir görüş olarsa, nəticənin alınacağını gözləmirəm. Ərdoğançı Türkiyə şərtlərin dəyişməsinə görə fürsətcildir və basqı altında nəticə axtarır."

Jurnalistin İsraillə görüş ehtimalı barədə sualına Əsəd bildirib ki, belə bir dövlət tanımır: "Türkiyə tərəfi ilə görüş məsələləri başladıqda dövlət daxilində sual etdilər ki, onlarla necə görüşəcəyik. Onlar Afrini işğal ediblər, başqa bölgələri də və hətta işğalçı olmasalar belə, terror tışkilatını dəstəkləyirlər. Yəni sonuc olaraq beynəlxalq məntiqdə düşməndirlər. Bu doğrudur. Lakin onlarla İsrail arasındakı fərq İsrailin varlığınını tanımamağımızdır. Bizlər İsrail xalqının varlığını qəbul etmirik. Miladdan əvvəl, bir neçə yüz il əvvələ qədər bir israil xalqı var idi. Lakin hazırda onlar dağılmış vəziyyətdədir. Gəldilər, torpağı işğal etdilər və ortaya bir xalq çıxardılar. Amma türk xalq. Xeyr. Türk xalqı var, qonşu xalqdır, aramızda pis və ya yaxşı, fərq etmir, ortaq bir tariximiz var. Türkiyə var olan bir dövlətdir, qonşumuzdur. Türkiyə yaşayacaq. Türk xalqı da qardaş xalq olaraq qalacaq. Ərdoğan da ilk əvvəl bütün Türkiyə xalqını Suriya xalqı ilə düşmən etmək üçün sanki mərcə girdi."

Məqalədə : Bəşşar Əsəd 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Britaniyada Asanjın taleyi həll olur

14

Dekabr
15:48
DÜNYA
324

Elvin İsayev Azərbaycana deportasiya edildi

14

Dekabr
15:37
HÜQUQ,HADİSƏ
538

Bazar günü hava yağmursuz olacaq

14

Dekabr
13:04
ÖLKƏ
1549
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2019 23:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru