Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2020
11:39
Bərbad vəziyyətdə olan kitabxana binası ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakıda yararsız kitabxana binasının sosial şəbəkələrdə yayılan fotolarına münasibət bildirib.

İdarədən bildirilib ki, bərbad vəziyyətdə olan tikili kitabxananın öz binası deyil:

“Nəsimi rayonunda, Cavadxan küçəsi, 21 ünvanında yerləşən kitabxana Nəsimi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasının əsl binası deyil. Hazırda kitabxananın binasında təmir işləri aparıldığı üçün müvəqqəti olaraq orada yerləşdirilib.

Təmir başa çatdıqdan sonra yenidən köçürüləcək. Bildiyiniz kimi, bir neçə aydır ki, koronavirus pandemiyası ilə bağlı ölkədə karantin vəziyyəti elan edildiyi üçün əməkdaşlar işə gəlməyib. Onlar işə gəldikdən sonra kitabxananın köçürüldüyü binanın üzərinin o vəziyyətə salındığını görüblər”.

“Lazımi göstərişlər verilib. Kitabxananın ətrafı abadlaşdırılacaq. Ərazini o vəziyyətə salan daha çox ətrafda yaşayış binası tikənlərdir. Ərazi abadlaşdırıldıqdan sonra biz də ölçülər götürəcəyik”, - deyə İdarədən qeyd edilib.(oxu.az)

Məqalədə : kitabxana 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlandı

31

May
14:00
ÖLKƏ
282

Qusarda hasar uşaqların üstünə aşıb

31

May
11:51
HÜQUQ,HADİSƏ
718
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-06-2020 03:36





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru