Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

28 Mart

2017
11:49
1240
Braziliyada qorxulu `sarı qızdırma` xəstəliyi yayılmağa başlayıb

Braziliyanın Rio de Janeyro ştatının Sao Fidelis bölgəsində əvvəllər heç vaxt aşkar edilməyən "sarı qızdırma" xəstəliyi aşkar edilib.

FaktXəbər-in məlumatına görə, Rio de Janeyro ştatının Səhiyyə İdarəsindən bildiriblər ki, bu xəstəlik 6 nəfərdə aşkarlanıb. 

Bu xəstəliyə tutulmuş şəxslərdən biri 38 yaşında xəstəliyin qurbanı olub.

Sao Fidelis Bələdiyyəsi şəhərdəki 38 min nəfərdən 20 mininin xəstəliyə qarşı peyvənd olunduğunu açıqlayıb

Braziliya Səhiyyə Nazirliyinin son açıqlamasında ölkədə ümumilikdə 2 min 104 nəfərdə "sarı qızdırma" xəstəliyinin müşahidə olunduğu, onlardan 492-sində isə xəstəliyin yolxucu səviyyəsinə keçdiyi bildirilir. 

Hazırda bu xəstəlikdən ölənlərin sayı 277 nəfər göstərilir. 

Qeyd edək ki, "sarı qızdırma" transmissiv xəstəlikdir. Amerikada "Haemoqoqus" və "Aedes", Afrikada "Aedes africanus" və başqa ağcaqanadlar vasitəsi ilə yayılır. Xəstəliyin 2 ocağı məlumdur: təbiət ocağı və antrapurgik (şəhər) ocağı. Təbiətdə ağcaqanad meymunlardan, gəmiricilərdən və kirpidən yoluxur. Həşəratın bədənində virus 8-12 günə çoxalır. Şəhərlərdə infeksiya mənbəyi insan, keçirici "Aedes aegypti"dir. Xəstəlik epidemiya şəklində yayılır. İnsanın "sarı qızdırma"ya həssaslığı yüksəkdir.

Yoluxmadan sonra virus əvvəlcə limfa vəzilərində çoxalır, və hematogen disseminə edərək damarları, qaraciyəri, böyrəkləri , baş beyni zədələyir. Damar keçiriciliyi artır.

İnkubasion dövr 10 günə qədərdir. Başlanğıc, hiperemiya dövrü 3-4 gün çəkir. Güclü üşütmədən sonra qızdırma dərhal 40C-yə yüksəlir. Başda, beldə, oynaqlarda ağrı, başgicəllənmə əmələ gəlir. Xəstələr həyəcanlı olur, yuxusuzluq, yanğı, ürəkbulanma və qusmadan şikayətlənirlər. Nəbz xeyli sürətlənir, hipotoniya olur. Remessiya dövrü xəstəliyin 4-5-ci günlərindən əlamətlərin zəifləməsi və yüngül formada itməsi ilə xarakterizə olunur. Ağır formada isə remissiya dövrü olmur və xəstəlik reaktiv və ya venoz durğunluq dövrünə keçir. Yəni başlanğıc dövrünün əlamətləri daha da kəskinləşir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru