Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Avqust

2021
11:19
İbrahim Rəisi və Makron arasında telefon danışığı olub

İran İslam Respublikasının prezidenti seyid İbrahim Rəisi və Fransa prezidenti Emanuel Makron arasında telefon danışığı olub.

Bu barədə Mehr agentliyi məlumat yayıb.

Danışıqlar zamanı Rəisi  İran dövlətinin Fransa ilə əlaqələri qarşılıqlı ehtiram və ortaq mənafe əsasında inkişaf etdirməyinin alqışladığını bildirib.

ABŞ-ın nüvə müqaviləsindəki öhdəliklərini pozduğunu və Avropa İttifaqının (Aİ) 3 ölkəsi olan Fransa, İngiltərə və Almaniyanın vədlərinə əməl etmədiklərini söyləyən yeni prezident əlavə edib: "Amerikalılar yeni sanksiyalar tətbiq etməklə öz öhdəliklərini açıq şəkildə pozur və hətta yeni sanksiyalarını humanitar sektora da tətbiq etdilər. Hər hansı bir nüvə danışıqları prosesində İran xalqının hüquqları qorunmalı və millətimizin mənafeləri təmin edilməlidir".

Bundan əlavə İbrahim Rəisi İran İslam Respublikasının Fars Körfəzi və Oman dənizində təhlükəsizliyin təmin edilməsi və mövqeyinin qorunmasının çox ciddi olduğunu vurğulayıb. 

Öz növbəsində Fransa rezidenti Rəisini yeni vəzifəsi münasibətilə təbrik edib.

O, Fransa və İranın birlikdə bölgənin sülh və sabitliyində rol oynaya biləcəyinə və Livanda sabitliyin əsasını qoya biləcəyinə inandığını söyləyib.

Həmçinin Makron nüvə danışıqlarının Vyanada bərpasını istədiyini də dilə gətirib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əl-Husi BMT-nin baş katibini tənqid etdi

20

Sentyabr
16:41
DÜNYA
207

“Zəfər tarixi” dərsliyi çap olunub

20

Sentyabr
16:39
ELM / TƏHSİL
215

Azərbaycan XİN Rusiyaya başsağlığı verib

20

Sentyabr
15:09
SİYASƏT
197

Ərdoğan Rusiyaya gedir

20

Sentyabr
14:42
DÜNYA
215

General Bakı merinin müşaviri oldu

20

Sentyabr
14:26
ÖLKƏ
235

İran HHQ-yə yeni komandan təyin edilib

20

Sentyabr
13:47
DÜNYA
223

Bəhreyndə İsa Qasimə böyük dəstək aksiyası keçirilib

20

Sentyabr
13:23
BÖLMƏNİ DÜZ SEÇ!
212

Sabahın hava proqnozu açıqlanıb

20

Sentyabr
12:35
ÖLKƏ
183

Bakıda 15 məktəbə yeni direktor təyin olunub

20

Sentyabr
11:09
ELM / TƏHSİL
305
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2021 07:04





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru