Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Avqust

2021
17:57
İbrahim Rəisi: `Biz dünyada məzlumların yanında olacağıq`

İranın paytaxtı Tehranda ölkənin yeni prezidenti İbrahim Rəisinin andiçmə mərasimi keçirilir.

Bu barədə Mehr agentliyi məlumat yayıb.

Andiçmə mərasimində qonaqların qarşısında çıxış edən Rəisi deyib:

"Biz dünyada məzlumların yanında olacaq, Fələstində, Suriyada, Yəməndə, eləcə də Avropa, Afrika və Amerikada məzlumların səsi olacağıq. And içirəm ki, ölkənin rəsmi məzhəbinin, İslam Cümhuriyyətinin və onun konstitusiyasının qoruyucusu olacağam. Ölkə sərhədlərinin, onun siyasi, iqtisadi və mədəni istiqlaliyyətinin qorunması uğrunda heç nəyi əsirgəməyəcəyəm".

Xarici siyasəti ilə bağlı bəzi prioritetlərə toxunan İbrahim Rəisi davam edib:

"Dünya ölkələri ilə qarşılıqlı hörmət əsasında əməkdaşlıq, insan hüquqlarını müdafiə edəcəyəm. İran xalqı yeni hökumətdən insan hüquqlarının qorunmasını və dünyanın hər yerində zülmdən uzaq durmağı tələb edir. Biz korrupsiya və rüşfətxorluqla mübarizə aparan hökumət təşkil edəcəyik. Biz dünyada eləcə də Fələstində, Suriyada, Yəməndə məzlumların yanında, eləcə də Avropa, Afrika və Amerikada məzlumların səsi olacağıq. İran xalqına qarşı tətbiq edilən sanksiyalar ləğv edilməlidir. Bu istiqamətdə hər bir diplomatik təklifi alqışlayırıq".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMB-nin valyuta məzənnələri

22

Sentyabr
09:25
İQTİSADİYYAT
175

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb

21

Sentyabr
14:00
İQTİSADİYYAT
275

DYP sürücü valideynlərə müraciət edib

21

Sentyabr
13:37
NƏQLİYYAT
306

ABŞ və Britaniya İrana çağırış etdi

21

Sentyabr
12:51
DÜNYA
316

İran ABŞ-a çağırış etdi

21

Sentyabr
12:20
DÜNYA
357
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2021 10:36





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru