Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Sentyabr

2021
11:15
İbrahim Rəisi: `ABŞ regiondan çıxmır, çıxarılır!`

İran İslam Respublikasının prezidenti İbrahim Rəisi BMT Baş Assambleyasının 76-cı iclasında videokonfrans vasitəsilə çıxışı zamanı bildirib ki, bu gün baş verən hadisələr bunu göstərir ki, ABŞ Əfqanıstan və İraqdan çıxmır, çıxarılır.

Bu barədə Mehr agentliyi məlumat yayıb. 

Onun sözlərinə görə,  ABŞ-ın ağılsızlığının acı nəticələrini məzlum Fələstin, Suriya, Əfqanıstan, Yəmən və sair ölkələrin xalqları çəkir.

Həmçinin Rəisi vurğulayıb ki, bölgədə terror ABŞ tərəfindən yaradılır və Vaşinqton bu amil həmişə bəhanə edir.

Bundan əlavə İran prezidenti nüvə sazişinin ABŞ tərəfindən pozulduğunu və Vaşinqtonun birtərəfli qaydada bu sazişdən çıxdığını qeyd edib.

Sonda Əfqanıstan məsələsinə toxunan İbrahim Rəisi orada inkluziv hökümətin qurulmasının vacibliyini söyləyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Füzuli Hava Limanına beynəlxalq status verilib

16

Oktyabr
11:57
NƏQLİYYAT
457

Eldar Həsənov hospitala köçürüldü

15

Oktyabr
17:54
ÖLKƏ
593

Qarabağa ilk konteyner blok qatarı yola salınıb

15

Oktyabr
16:30
İQTİSADİYYAT
608

Yoluxanların sayı yenə artdı

15

Oktyabr
14:43
ÖLKƏ
649

Bu gün Hikmət Hacıyevin doğum günüdür

15

Oktyabr
13:12
SİYASƏT
645
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2021 12:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru