Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2020
10:15
BŞPİ:Jurnalistə bədən xəsarəti yetirilməsi barədə məlumat doğru deyil

“Sosial şəbəkələrdə dünən gecə saatlarında bir qrup şəxs tərəfindən Nəsimi rayonunda ictimai asayişin pozulması ilə müşayiət olunan görünütülər yayılıb”.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, müvafiq icra hakimiyyəti ilə razılaşdırılmayan, məişət problemləri ilə bağlı toplanan bir qrup şəxsin ərazidən uzaqlaşdırılması zamanı özünü jurnalist kimi təqdim edən Əvəz Hafizli polisin xidməti fəaliyyətinə maeçilik yaratmağa çalışıb, müşahidə funksiyasını yerinə yetirməli olduğu halda prosesə emosional və jurnalist etikasına uyğun olmayan tərzdə müdaxilə edib.

E.Hacıyev vurğulayıb ki, asayişin bərpasından sonra onun polis tərəfindən təzyiqə məruz qalması ilə bağlı səsləndirdiyi iddialar əsassızdır, ona bədən xəsarəti yetirilməsi həqiqəti əks etdirmir: “Ali məqsədi həqiqəti yaymaq, peşəkarlıq meyarı obyektivlik olan heç bir jurnalistin peşə fəaliyyətinin həyata keçirilməsinə tərəfimizdən hər hansı məhdudiyyət yoxdur. Kütləvi tədbirləri işıqlandırarkən jurnalistlər daha diqqətli və məsuliyyətli olmalı, prosesə müdaxilə etməməli, müşahidə funksiyasını yerinə yetirməlidirlər”.(report)

Məqalədə : Elşad Hacıyev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3887

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2801

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2237

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1887
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 15:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru