Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Sentyabr

2019
11:22
618
Boris Consona qarşı çıxdığı üçün Çörçilin nəvəsi fraksiyadan qovulub

Böyük Britaniyanın Baş naziri Boris Johnsonun çağırışına qarşı çıxaraq Britaniya parlamentinin gündəliyini dəyişdirməyə səs verən mühafizəkar deputatlar parlament fraksiyasından xaric ediliblər və növbəti seçkilərdə partiyanı təmsil edə bilməyəcəklər.

FaktXeber.com-un məlumatına görə, bu barədə Baş Nazirin dəftərxanasından bəyan edilib.

Sentyabrın 3-də  İcmalar Palatası sentyabrın 4-də parlamentin gündəliyini dəyişdirməyə səs verdi və İcmalar Palatasına İngiltərənin AB-dən çıxmasını daha sonrakı tarixə təxirə salmaq üçün qanun layihəsinə baxması hüququ verdi. Johnson parlament üzvlərinə bunun əleyhinə səs verməyə çağırdı. Mühafizəkarlar partiyası öz üzvlərinə xəbərdarlıq etdi ki, partiya təşkilatçılarına itaətsizlik etsələr və gündəliyi dəyişdirmək üçün səs versələr, partiyanı təmsil etmək hüquqlarını itirəcəklər.

Qovulan deputatlar arasında İngiltərənin keçmiş Baş Naziri Uinston Çörçillin nəvəsi Nikolas Soms, İngiltərə Parlamentinin veteranı Ken Klark, həmçinin vaxtilə XİN, Müdafiə və Nəqliyyat Naziri olan, Tereza Meyin Nazirlər Kabinetində isə Xəzinədarlığın Kansleri vəzifəsində çalışan Filip Hemmond  da var.

"Mən çox ağır qəlblə hökumətə qarşı səs verəcəyəm", - deyə Soms səsvermədən əvvəl bildirib.

Çərşənbə günü gündəliyin dəyişdirilməsinə Mühafizəkarlar Partiyasından  ümumilikdə 21 deputat səs verib.

Səsvermədən sonra Boris Johnson, deputatlar Brexit danışıqlarını təxirə salmaq üçün səs verərsə, erkən seçkilər keçirmək qərarına gəldiyini açıqladı.

"Seçkiləri istəmirəm, amma sabah deputatlar səsləri danışıqları dayandırmaq və başqa bir mənasız bir gecikmə əldə etmək üçün səs versələr, bu problemi həll etməyin yeganə yolu olacaq" deyə o bildirib.

Ekspertlər hesab edir ki, erkən seçkilər Conson və onun sadiq adamlarının yeganə ümididir, çünki müxalifətin indi parlamentdə üstünlüyü 43 səs təşkil edir.

Daha əvvəl Boris Johnsonun 14 oktyabrda bir seçki təklif etmək niyyətində olduğu bildirilmişdi. Britaniyanın AB-dən çıxması oktyabrın 31-nə planlaşdırılıb.

Məqalədə : Boris Conson Brexit Çörçil 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Vurğun Əyyubun səhhəti ağırlaşıb

22

Sentyabr
21:58
ÖLKƏ
326

Çində məscidləri dağıdırlar

22

Sentyabr
21:53
DÜNYA
326

İran parada yeni raket çıxardı - FOTO

22

Sentyabr
20:24
HƏRB
375

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
1198

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
1389

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
1163

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
1192

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
508
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2019 04:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru