Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyun

2019
17:35
506
Boks Federasiyasının prezidenti Mübariz Mənsimova cavab verdi

“Futbolçularımız azarkeşlərin pulu ilə yox, dövlətin pulu ilə dolanır. Dövlətin büdcəsi, nazirlik, federasiyalar var. Görünür Mübariz Mənsimov hər hansı komandanın kimin hesabına qaldığını bilmir. Futboldan danışmağa ixtiyarı olmayan, futbolla yaşamayan adamın danışması doğru deyil”. 

Faktxeber.com bildirir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, professor Ağacan Abiyev “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun onun haqqında səsləndirdiyi ittihamlara cavab verərkən deyib.

Ağacan Abiyev bildirib ki, Mənsimov onu ancaq bir şərtlə tənqid edə bilər:

“Əgər Mübariz Mənsimov məni mütəxəssis kimi tənqid etsəydi, qəbul edərdim. İndi o yoldaş nəsə deyibsə, özü bilər. Demokratik ölkədə yaşayırıq. Onun haqqımda dedikləri problem deyil. Mənim fikirlərim nə kiməsə qarşıdır, nə də kiminsə tərəfini əks etdirir. Futbola 100, 50 min həvəskar tamaşa edir. Ancaq o həvəskarların futbol komandasından, məşqçilərin  əziyyətindən  xəbəri yoxdur. Bu da təbidir. Çünki azarkeşin işi deyil ki, futbolun dərinliklərini bilsin. SSRİ-nin tərkibinə 15 respublika daxil idi. O boyda ölkədə bir nəfər də olsun gedib Olimpiya Oyunlarında hər hansı idman növünün baş hakimi olmayıb. 2004-cü ildə boks üzrə Olimpiya Oyunlarının baş hakimi kim idi?! Professor Ağacan Abiyev”.

Deputatın sözlərinə görə, hər bir azərbaycanlı  öz komandasını sevir və qalib gəlməsini istəyir:

“Ancaq azarkeş mütəxəssis deyil! O ancaq oyuna tamaşa edir və komandası üçün qələbə arzulayır. Futbolda iki komanda olur. Biri qalib gəlirsə, digəri mütləq məğlub olmalıdır. Məsələn, teatra, kinoya baxmağa gedirik. Məgər biz teatr, yaxud da kino mütəxəssisiyik?!  Düşünürəm ki, hər bir sahənin  mütəxəssisi baş verən hadisəyə münasibət bildirsə, daha məqsədəuyğun olar. Hesab edirəm ki, hər kəs öz işi ilə məşğul olsa,  Azərbaycan udacaq”.

Qeyd edək ki, “Palmali”nin rəhbəri Mübariz Mənsimov  Ağacan Abiyevin “Məgər dünyada uduzan yalnız Azərbaycan komandasıdır? Zaman-zaman İngiltərə, Fransa və digər ölkələrin futbol komandaları da uduzurlar. Məgər komanda hər uduzanda məşqçi, AFFA rəhbərliyi dəyişməlidir? Hesab edirəm ki, azarkeşlər gedib öz işləri ilə məşğul olsunlar” fikirlərinə reaksiya verərək bunları deyib:

“Anlamadım?! Azarkeşin işi nədir ki?! Bəlkə uzun zamandır boksla məşğul olduğuna görə Ağacan bəy unudub ki, azarkeş kimdir?! Millətin seçdiyi vəkil! Azarkeş olmasa futbol olmaz! Azarkeş olmazsa, ümumiyyətlə idman olmaz! Onların nəyə ixtiyarları var, nəyə yoxdur əslində siz yaxşı bilməlisiniz. Komanda uduzursa, azarkeşlərin fikrinin əhəmiyyəti yoxdur nə deməkdir?! Siz də Azərbaycan bayrağını yüksəldərkən belə düşünürdünüz? O qaldırdığınız bayraq həmin azarkeşlərin, millətimin bayrağıdır! Və millət bayrağının heç vaxt yenilməsini və gülünc vəziyyətə qoyulmasını istəmir. Hər oyuna bayraqla gələn, sizin sözlərinizlə desək gərəksiz azarkeşlər milli oyunçularından nəticə gözləyir. Və hər zaman da nəticəsiz və pərt geri dönür. Odur ki, milli istefaya da göndərə bilər, təşəkkür də edə bilər. Siz isə AFFA-dakı yalnış idarəetməni dəstəkləyərək, futbolu məhv edirsiniz!

"Nədənsə bizim azarkeşlərin işi futbolçuların pulunu saymaqdır. Onu da düzgün saya bilmirlər" - deyə, Ağacan Əbiyev qeyd edir. Təbii ki sayacaqlar. Çünkü futbola xərclənən küllü miqdarda pullar elə həmin azarkeşin pullarıdır. Azərbaycan xalqının puludur. Ona görə də hesab verəcəksiniz! Mənasız transferlərə fantastik pullar xərcləyib, öz pulumuzla özümüzü biabır edirsiniz. Hesab verin azarkeşə! Sayğılı olun lütfən”.

Məqalədə : Mübariz Mənsimov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"QARA PLYONKA" məsələsinə nöqtə! - FOTO

20

Avqust
16:55
NƏQLİYYAT
613

Tikinti icazəsi "Bir pəncərə" sisteminə keçir

20

Avqust
15:42
HÜQUQ,HADİSƏ
792

Smartfonun beynin məhsuldarlığına təsiri öyrənilib

20

Avqust
15:05
AİLƏ, SAĞLAMLIQ
1529

Hirkan Milli Parkında yanğın başlayıb

20

Avqust
14:13
HÜQUQ,HADİSƏ
204

Bakıda kirayə evlər ötən aydan bahalaşıb

20

Avqust
14:10
İQTİSADİYYAT
1787

Füzulidə top mərmisi tapılıb

20

Avqust
14:07
HƏRB
833

BMT-dən fillərlə bağlı QADAĞA

20

Avqust
12:56
MARAQLIDIR
276

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

20

Avqust
12:49
HÜQUQ,HADİSƏ
227

Avqustun 21-ə gözlənilən hava proqnozu

20

Avqust
12:41
ÖLKƏ
281

Bakı metrosunda işıqlar söndü

20

Avqust
12:40
HÜQUQ,HADİSƏ
231
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 05:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru