Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Sentyabr

2019
19:19
BNA-dan millət vəkilinə sərt irad: VƏTƏNDAŞLARA NÜMUNƏ OLSUN!

Bakı Nəqliyyat Agentliyi (BNA) Milli Məclisin deputatı Tahir Kərimlinin qurumla bağlı səsləndirdiyi iradlara münasibət bildirib. 

Agentliyin yaydığı məlumatda bildirilib ki, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli inzibati tənbeh vermə haqqında qərarın Mərkəzi İnformasiya Sisteminin məlumatları əsasında tərtib edildiyini yaxşı bilir.

“Vəfat etmiş şəxsin nəqliyyat vasitəsini idarə edən sürücü avtomobilin müvafiq qaydada rəsmiləşdirməni icra etməlidir ki, belə hallar yaşanmasın. Məsələnin BNA-nın səhvi kimi Parlamentin plenar iclasında səsləndirilməsi təəccüb doğurur. Millət vəkilinin sədri olduğu partiyanın qərargahı qarşısında nəqliyyat vasitəsini saxlaya bilməməsinə gəlincə bildiririk ki, ərazidə dayanma və durmanı qadağan edən nişan varsa, statusundan asılı olmayaraq hamı bu tələbə əməl etməlidir. Digər bir yandan partiya qərargahından piyada 10 dəqiqəlik məsafədə Qış parkı avtomobil dayanacağı yerləşir. Düşünürük ki, Tahir Kərimli nəqliyyat vasitəsini dayanacaqda park edib, partiya qərargahına piyada getməklə digər vətəndaşlara da çox gözəl nümunə ola bilərdi. Cərimələrdən faiz tutulmasına da aydınlıq gətirərək bildiririk ki, dayanma-durma qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrə görə ödənilən vəsaitlər Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət büdcəsinə daxil olur. BNA əməkdaşlarının əmək haqları cərimələrdən formalaşmır”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, millət vəkili Tahir Kərimli Bakı Nəqliyyat Agentliyindən şikayətlənib. Milli Məclisin payız sessiyasının ilk iclasında "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı millət vəkili Tahir Kərimli deyib ki, şəxsən o, Bakıda avtomobili saxlamaq üçün parklanma yeri tapa bilmir. Millət vəkili bildirib ki, avtomobillər dayanma ilə əlaqədar dərhal cərimələnir və bu, insanlarda narazılıq doğurur. O qeyd edib ki, BNA ölmüş şəxsə cərimə yazıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43316

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41593

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43239

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42682

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48229

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42767

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43204
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2020 21:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru