Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Sentyabr

2021
10:43
BMT Əfqanıstana humanitar yardımları bərpa edib

“BMT Əfqanıstana havadan humanitar yardım reyslərini bərpa edib”.

Ria Novosti xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik mətbuat konfransında bildirib.

O, qeyd edib ki, Əfqanıstanda BMT-nin Dünya Ərzaq Proqramı tərəfindən idarə olunan Humanitar Hava Xidməti (UNHAS) humanitar dəstək fəaliyyətlərinin davamı üçün uçuşları bərpa edib.

Eyni zamanda hava yolu ilə sərnişin daşıma xidməti hazırda Pakistanın paytaxtı İslamabadla Məzari-Şərif və Qəndəhar arasında əlaqə qurub, avqustun 29-dan etibarən Məzari-Şərifə üç reys həyata keçirilib. Əməliyyatların mümkün qədər qısa zamanda yerinə yetirilməsi və Əfqanıstandan uçuşların sayının artırılması üçün səylər göstərilir. Bundan əlavə, tibbi və digər təcili yardım ləvazimatları kimi qeyri-ərzaq mallarını ən çox ehtiyac duyulan yerlərə daşımaq üçün yük təyyarəsi fəaliyyət göstərir.

BMT-nin Humanitar Hava Xidməti (UNHAS) daxili sərnişindaşıma xidməti üçün 18 milyon ABŞ dolları, karqo xidməti üçün isə 12 milyon ABŞ dolları tələb olunur. Hər iki xidmət humanitar cəmiyyətin istifadəsində olacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMB-nin valyuta məzənnələri

22

Sentyabr
09:25
İQTİSADİYYAT
140

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb

21

Sentyabr
14:00
İQTİSADİYYAT
275

DYP sürücü valideynlərə müraciət edib

21

Sentyabr
13:37
NƏQLİYYAT
306

ABŞ və Britaniya İrana çağırış etdi

21

Sentyabr
12:51
DÜNYA
316

İran ABŞ-a çağırış etdi

21

Sentyabr
12:20
DÜNYA
352
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2021 09:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru