Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Avqust

2021
14:45
BMT-nin baş katibi Rəisiyə müraciət ünvanlayıb

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antoniyo Quterreş İranın prezidenti seyid İbrahim Rəisiyə müraciət ünvanlayıb. 

Bu barədə Mehr agentliyi məlumat yayıb. 

Məlumatda bildirilir ki, Quterreş Rəisiyə göndərdiyi mesajda onu prezidentliyinin başlaması münasibətilə təbrik edib. 

Həmçinin müraciətdə deyilir:  "Birləşmiş Millətlər Təşkilatı və baş katibi sülh və insan hüquqlarının təhlükəsizliyini əldə etmək üçün İranın yeni hökuməti ilə işləməkdə şəxsən maraqlıdır. Prezidentliyinizin başlamasının İran, bölgə və dünya üçün təhlükəli bir dövrə, eyni zamanda bir çox ümumi problemlər, o cümlədən Covid-19 epidemiyasına təsadüf edib. Bundan əlavə biz, İqlim dəyişikliyi, eləcə də Yaxın Şəqrdə uzun sürən dağıdıcı bir münaqişələrlə qarşılaşırıq".

Sonda baş katib Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit edilmiş dəyərləri və idealları daha da irəli aparmaq üçün İran hökuməti ilə işləməyi səbirsizliklə gözlədiyini xüsusilə vurğulayıb. .

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
934
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2021 14:49





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru