Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

19 Aprel

2017
15:50
317
Bloger Mehman Hüseynovun həbsxanaya köçürülməsi gözlənilir

Bu gün vəkil Elçın Sadıqov Şüvəlan təcridxanasında bloger Mehman Hüseynovla görüşüb.

FaktXəbər-in məlumatına görə, vəkil bildirib ki, Mehmanın saxlanma şəraiti pisləşib, ancaq öz durumu normaldır.

Vəkilin sözlərinə görə,  M.Hüseynovun cəzaçəkmə müəssisəsinə göndərilməsi gözlənilir, amma hansına göndəriləcəyi məlum deyil: “Bununla əlaqədar onu etapa göndərilənlərin kamerasında saxlayırlar, orada da darısqallıqdır, 10 nəfərin saxlanılmalı olduğu kamerada 15 nəfər saxlanılır”, - vəkil qeyd edib.

2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, Nəsimi rayon polisinin rəisi Musa Musayevə qarşı böhtanda təqsirləndirilib.

Aprelin 12-də Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru