Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 İyun

2021
11:30
Blinken: `Vyanada razılığa gəlsək belə, İrana qarşı yüzlərlə sanksiya yerində qalacaq`

ABŞ-ın dövlət katibi Entoni Blinken  Avstriya paytaxtı Vyana şəhərində 4+1 dövlətləri arasında nüvə sazişinə qayıtmaq və İrana qarşı sanksiyaların ləğvi ilə bağlı müzakirələrə münasibət bildirib. 

Bu barədə İran mətbuatı məlumat yayıb. 

Vyanadakı danışıqlara toxunan Blinken, ABŞ-ın Hərtəfərfli Birgə Fəaliyyət Planına (JCPOA) qayıdacağı təqdirdə belə, Tehrana qarşı bir çox sanksiyaların qaldırılmayacağını deyib.

"ABŞ və İran JCPOA-ya olan bütün öhdəliklərinə qayıtsalar da, Tehrana qarşı yüzlərlə sanksiyamız öz yerində qalacaq". 

Qeyd edək ki, Vyanada JCPOA-nı bərpası üçün bir sıra danışıq raundu keçirildi və bütün tərəflər danışıqlarda nəzərəçarpacaq dərəcədə irəliləyişin olduğunu bildirsələr də, sanksiyaların necə ləğv ediləcəyi və ABŞ-ın İrana öz öhdəliklərini necə yerinə yetirməsini təmin edəcəyi kimi bir çox mübahisəli məsələlər qalmaqdadır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ABŞ Husilərin legitimliyini tanıdı

25

İyun
10:25
DÜNYA
635

Neftin bahalaşması davam edir

25

İyun
09:25
İQTİSADİYYAT
915
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2021 16:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru