Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Noyabr

2018
00:01
Bir kərə yüksələn bayraq, bir daha enməz!

Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur və qeyri-iş günüdür.

Azərbaycan Respublikasının bayrağı himn və gerblə birlikdə Azərbaycan Respublikasının rəsmi simvollarından biridir. Bayrağımız ilk dəfə 1918-ci il 9 noyabrda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib.

Xalq Cümhuriyyəti devriləndən və Azərbaycan bolşevik işğalına məruz qalandan sonra bayraq da dəyişdirilib. Milli bayrağı, üzərində oraq və çəkic əks etdirilən, qırmızı və göy rənglərdən ibarət bolşevik bayrağı əvəz edib. Azadlıq hərəkatı vüsət alandan sonra 1990-cı il noyabrın 17-də Xalq Cümhuriyyətinin bayrağı Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul edilib. 1991-ci il 5 fevralda Azərbaycan Respublikasının Ali Soveti tərəfindən dövlət bayrağı kimi təsdiq olunub.

Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Bayraq üç rəngli parçadan (trikolor) ibarətdir. Bayraq bərabər enli üç üfüqi zolaqdan (yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir) ibarətdir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Bayrağın mavi rəngi türkçülüyü, qırmızı müasir cəmiyyət, demokratiyanı, yaşıl rəng isə İslamçılığı tərənnüm edir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : bayraq günü 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-11-2018 09:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com