Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyun

2019
10:37
4435
Bir gözəlin doğulması - FOTO

Çiyələk ən dadlı və sevimli giləmeyvələrdən biridir. Ləzzətli dadından əlavə bu giləmeyvə müxtəlif vitaminlər və mikroelementlərlə zəngindir. Çiyələk yetişdirilməsi ən asan bitkilərdəndir. Çiyələk kolu demək olar ki, hər bir yerdə bitir – hasarda, konteynerlərdə və ya asılmış səbətlərdə. Meyvəsidə əlbəttə, çox məşhurdur.

Yetişdirilməsi

Yeni bitən zaman tez-tez sulanmalıdır. Eyni zamanda quru mövsümdə də sulanmalıdır. Bitkini dibdən sulayın, yuxarıdan sulama özək hissəsində və meyvəsində çürüməyə səbəb ola bilər. Böyümə mövsümündə, pomidorda olduğu kimi  hər 7-14 gün arasında maye kalium verilir. Payızın əvvəlində hər kvadrat metrə 50 q miqdarında gübrə verilir. İstixanlarda, çiçəkləmə dövrü bir neçə həftə erkən ola bilər. Belə ki, daxildəki temperatur 16 dərəcəni keçməməlidir. Bu çiçəkləməni əngəlləyə bilər. Meyvələr yetişməyə başladıqca, çiyələk torpaqda xarab olmasın deyə altına saman səpilir. Və yaxud istəkdən asılı olaraq plastik materiallarda sərilir. Saman və ya plastik materiallar alaq otlarının da bitməsinin qarşısını alır. Əmələ gələn alaq otları əllə də təmizlənə bilər. Əkin bitdikdən sonra qayçıyla və ya əllə yaşlaşmış yarpaqlar təmizlənir. Ziyanvericilərin və xəstəliklərin qarşısını almaq üçün saman və ya qara polietilen də götürülməlidir. Çiyələk kolu üç il becərdikdən sonra yenilənməlidir. Torpaqdakı ziyanverici və xəstəlik riskini azaltmaq üçün növbəli əkin sisteminə riayət edilməlidir.

Əkilməsi

Çiyələk çoxyönlü bitkidir – onun günəşə, kölgəliyə və münbit, yaxşı sulanan torpağa ehtiyacı var. Donmağa meyilli və əvvəl kartof, pomidor əkilmiş torpaqda çiyələk əkməyin, çünki onlar xəstəliklərə meyilli olur. Toxumları etibarlı mənbələrdən alın. Yayın sonlarına yaxın sifariş verin ki, payızın əvvəlində əkə biləsiniz. Çiyələk əkildikdən 60 gün sonra məhsul verir.

Toxumlar adətən torpağa cərgə şəklində əkilir. Zəif tərkibli torpaqlarda drenaj sistemini yaxşılaşdırmaq və dərin köklənmə üçün nisbətən hündür yataqlarda əkilməlidir. Alternativ olaraq konteynerlərdən və ya əkin üçün olan kisələrdən istifadə edilir. 10-15 gün tez faraş məhsul almaq üçün kiçik tipli tunellərdə də əkilməsi mümkündür. Bitkinin üzəri tunel şəklində yazın əvvəlində bağlanır, ancaq çiçək açan zaman tozlandırıcı həşəratların girişi üçün yanlar açılmalıdır.

Ziyanvericilər və xəstəliklər

Qırmızı hörümçək. Yarpaqlar solğun və xallı olur və yarpaqlar vaxtından əvvəl tökülür. İsti və quru şəraitdə çoxalırlar. Mübarizə üçün yumşaq sabun, bitki yağı əsaslı spreylərdən istifadə edilir.

Quşlar. Quşlar, xüsusilə göyərçinlər meyvələri yeyərək bir sıra problemlərə səbəb olur. Torlardan istifadə edərək meyvələri quşlardan qorumaq olar. Müqəvva və ya bəzi quş qovar qurğular işə yarasa da, ən əla qoruyucu üsul bağban torlarıdır.

Yarpağın ağ rəngdə kifləməsi. Yarpağın səthində ağ tozvari kiflər əmələ gəlir ki, nəticədə yarpaq kiçilir və məhv olur. Qarşısını almaq üçün torpaq nəm saxlanmalı, nisbətən sərin yerlərdə əkilməli və üzərinə bitki və ya balıq yağları və ya kükürt əsaslı dərmanlar səpilməlidir.

Boz kiflənmə (çürümə). Əsasən sıx əkilmiş bitkilərdə bu problem baş verir. Əgər bitki nəm şəraitdə çox qalmışsa və bitki zədəli və ya zəifdirsə, həmin problemlə üzləşməsi qaçınılmazdır. Kif adətən zədəli hissələrdən daxil olur, ancaq sağlam bitkiyədə düşə bilir. Boz kiflənmə baş verməsin deyə, bitkilər seyrək və nisbətən isti havalarda əkilməlidir. Boz kifləmənin yayılmaması üçün gigiyena çox əhəmiyyətlidir. Əgər infeksiya keçmiş kol müşahidə edilsə, dərhal ərazidən uzaqlaşdırılmalıdır. Kifləmə ən çox sıx mühiti sevir və bitkini əkərkən aralıq düzgün müəyyənləşdirilməlidir.

Yarpaq üzərində kiçik qara nöqtələr. Yarpaq üzərində əmələ gələn sarı halqalı qara nöqtələr əsasən isti və rütubətli şəraitdə əmələ gəlir. Əgər belə hal baş verərsə bitkini xəstə yarpaqlardan təmizlənməli və bitki yaxşı havalandırılmalıdır.

Elmi tədqiqatlar sübuta yetirib ki, çiyələyin tərkibində insana gümrahlıq və xoş ovqat gətirən 50-dən çox ətirli maddə var. Cəmi 150 qram çiyələk bəsdir ki, bütün mənfi emosiyalar bir anın içində neytrallaşsın.

Faydaları:

  • Çiyələk bədənə qüvvət verir.
  • Xolesterolu salır və damar tutulmasının qarşısını alır.
  • Çox yaxşı bir antioksidan olan çiyələk immunitet sistemini gücləndirir.
  • Həzm sisteminin nizamlı işinə çox faydalıdır.
  • Bağırsaq qurdlarını tökür, sidik qovucudur və bədəndəki zərərli maddələri bədəndən uzaqlaşdırır.
  • Qanı təmizləyir.
  • Diş ətlərini gücləndirir və ağız qoxusunu aradan qaldırır.
  • Sakitləşdirici təsiri ilə təzyiqi salır və stressi azaldır.
  • Hərarəti salır.
  • Dərini nəmləndirir, təravət və gözəllik verir.
  • Yaddaşı gücləndirir.
  • İmmuniteti gücləndirir.
  • Şəkər xəstəliyi və qəbizliyin aradan qaldırılmasına köməkçi olur.
  • Xərçəngə qarşı təsirli bir qidadır.
  • Sümüklərin güclənməsi üçün lazımlı kalium, maqnezium və digər mineralları ehtiva edir.
  • Arıqlamağa köməkçi olur.
  • Folik turşusu, vitamin B5 və bitamin B6 ehtiva etdiyi üçün saçlarınızın tökülməsinin qarşısını alır.
  • Ana bətnində körpənin onurğa iliyi, kəllə və beyin inkişafına kömək olur.

Məqalədə : çiyələk 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
40

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
58

DİN sürücülərə müraciət edib

22

Avqust
11:06
HÜQUQ,HADİSƏ
119

Hüseyn Abdullayev şərti cəza ilə azad oluna bilər

22

Avqust
09:30
HÜQUQ,HADİSƏ
148

Tovuzda pensiya kartı ölümə səbəb oldu

22

Avqust
09:12
HÜQUQ,HADİSƏ
161
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2019 13:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru