Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Dekabr

2018
16:22
Bir dövr prezident oldu, qanlı müharibə ilə yadda qaldı

94 yaşında dünyasını dəyişən ABŞ-ın 41-ci prezidenti Corc Herbert Uoker Buş İkinci Dünya müharibəsinə qatılan ən gənc donanma pilotu olmaqla yanaşı uzun siyasi karyeraya malik olsa da, xüsusilə Yaxın Şərqdə Körfəz müharibəsindəki dağıntıları ilə xatırlanacaq.

Amerika siyasətində "Ata Buş" kimi xatırlanan Corc Buş 1924-cü ildə Massaçusets ştatının Milton şəhərində anadan olub, daha sonra ailəsiylə birlikdə uşaqlığını Konnektikut ştatında keçirib. Bankir olan atası Preskott Buş 1952-ci ildən 1963-cü ilə qədər Senatda Respublikaçı Partiyadan Konnektikut ştatını təmsil edib.

Buş ailəsindən ilk siyasətçi olan Preskott Buşdan sonra oğlu Corc Herbert Buş və nəvəsi Corc Uoker Buş ABŞ prezidenti olub. Digər nəvəsi Ceb Buş isə Florida qubernatoru vəzifəsindən sonra 2016-cı ildə prezident seçkilərində Respublikaçı Partiya namizədliyi üçün mübarizə aparıb, ancaq ilkin seçkilərdə hazırkı ABŞ prezidenti Donald Trampa qarşı uduzacağını bildikdən sonra geri çəkilib.

Beləliklə, Buş ailəsi üç nəsil ərzində ABŞ siyasətində fəal rol oynayıb.

İkinci Dünya müharibəsindəki rolu önə çıxarılır

Buşun ölümündən sonra xüsusilə Amerika ordusu və mediası keçmiş prezidentin İkinci Dünya müharibəsi illərini önə çəkir.

Ata Buş İkinci Dünya müharibəsinin ən çətin keçdiyi 1942-ci ildə Amerika Donanmasına yazılıb və bir il sonra 1943-cü ildə ən gənc pilot olaraq donanmada iştirak edib.

Yaponiyanın Pearl Harbor hücumundan sonra orduya qoşulan Buş, 1945-ci ilə qədər Sakit okean regionunda donanmada pilotluq edib. 1944-cü ildə təyyarəsi Sakit okeanda yaponlar tərəfindən vurulanda sağ xilas olan Buş, Amerika sualtı qayığı tərəfindən zonadan təxliyə edilib.

Ata Buş 1945-ci ildə ordudan ayrılıb. Buş daha sonra Texasa köçərək neft şirkəti yaradıb.

Rayon rəhbərliyindən ABŞ Prezidentliyinə

Buş siyasətə 1964-cü ildə Texasda Respublikaçı Partiyanın Harris rayon rəhbərliyi ilə başlayıb. Həmin il parlament seçkilərində Senat üçün yarışıb, ancaq Demokrat rəqibinə qarşı uduzub. Sonrakı dövrdə Nümayəndələr Məclisi üçün seçkidə iştirak edərək Texasdan vəkil seçilib.

Vyetnam müharibəsini dəstəkləməsi qədər 1968-ci ildə mənzil sahibi olmaq üçün qaradərililərə qarşı ayrı-seçkiliyi ləğv edən Mülki Hüquqlar Qanununa verdiyi dəstək də Buşun siyasi karyerasının ilk illərində diqqətiçəkən məqamlardandır.

Buş 1970-ci ilin sonlarına tərəf dövrün ABŞ prezidenti Riçard Nikson tərəfindən Birləşmiş Millətlər Təşkilatının (BMT) Daimi Nümayəndəliyinə namizəd göstərilir.

Niksonun bu qərarı Buşun xarici siyasət təcrübəsi olmamasına görə mübahisələr yaratsa da, Buş Senatdan razılıq alır.

Nikson tərəfindən 1973-cü ildə BMT Daimi Nümayəndəliyi vəzifəsindən çıxarılaraq Respublikaçı Partiyanın Milli Komitə sədrliyinə təyin edilir.

"Watergate" qalmaqalında Ağ Evdəki səs yazıları mediaya sızana qədər Niksonu dəstəkləyib. Niksonun istefasından sonra vəzifəyə gələn Cerar Ford Buşu ABŞ-ın Çin müşaviri, bir il sonra isə ABŞ Mərkəzi Kəşfiyyat idarəsinin (MKİ) rəhbəri təyin edilir.

Cimmi Karterin prezident seçilməsinin sonra vəzifəsindən çıxarılan Buş, 1980-ci il seçkilərində Respublikaçı Partiyada sədr vəzifəsi üçün mübarizə aparır və ilkin seçkiləri Ronald Reyqan uduzur. Reyqan prezidentlik mübarizəsində Buşu prezident köməkçisi namizədi kimi daxil edir və seçkini qazanır. İki dövr Reyqana müşavirlik edən Buş, 1988-ci ildə Demokrat rəqibi Maykl Dukakiki məğlub edərək ABŞ prezidenti olur.

Prezidentliyi pis başa çatdı

ABŞ rəhbərliyinə qədər uzanan siyasi karyerasında ümumi mənada sürətli yüksəliş etsə də, ata Buşun prezidentlik illəri olduqca mübahisəlidir.

Reyqan dövrünün hücum siyasətlərinin ikinci adamı olan Buş, prezident vəzifəsinə gəldikdən sonra 1989-cu ilin dekabrında ABŞ-da narkotik alverində ittiham edilən Panama lideri Manuel Antonio Norieqanı devirmək məqsədilə ABŞ qüvvələrinin bu ölkəni işğal etməsi əmrini verdi.

"Soyuq müharibə"nin başa çatmasında mühüm rol oynayan Buş, Sovet İttifaqının lideri Mixail Qorbaçovla qarşılıqlı tərksilaha dair müqavilələrə imza atdı.

İraqa qarşı başladılan Birinci Körfəz müharibəsindən sonra ölkə miqyasında çəkisi xeyli artan Buş, daha sonra ölkədəki iqtisadi durğunluğa görə zərbə aldı.

Dörd il ABŞ prezidenti vəzifəsini icra etdikdən sonra ata Buş, 1933-cü ildən bu yana ikinci dövr üçün seçilməyən üç prezidentdən biri olaraq tarixə düşdü. Buşdan əvvəl də Cimmi Karter və Cerald Ford ikinci dövr üçün seçilməmişdi.

42 gün davam edən Körfəz müharibəsində 158 min iraqlı öldü

Eynilə 12 il sonra oğlu Corc Buşun İraqı işğal etmək üçün ortaya atdığı kimyəvi silah iddiası kimi ata Buşun Birinci Körfəz müharibəsi da yanlış iddialarla başlayıb.

Buş İraqın Küveyti "hər hansı bir təxribat və ya əvvəlcədən xəbərdarlıq olmadan" işğal etdiyini iddia edirdi, ancaq daha sonra ABŞ-ın Bağdad səfiri April Qlaspien dövrün İraq prezidenti Səddam Hüseynə, "İraqla Küveyt arasındakı sərhəd münaqişələri kimi ərəblərin bir-biri ilə olan münaqişələrinə qarışmayacağıq", - deyərək, Küveytin işğalına yaşıl işıq yandırdığı ortaya çıxdı.

İraq 2 avqust 1990-cı ildə Küveyti işğal etdikdən sonra Buş rəhbərliyi Səudiyyə Ərəbistanının təhlükəsizliyi bəhanəsi ilə Körfəzə hərbi qüvvə topladı və çox qısa müddətdə regionda ABŞ əsgərlərinin sayını təxminən 500 minə çatdırdı.

İraqın BMT-nin embarqosuna qarşı Küveytdən çəkilməməsi ilə Buş 17 yanvar 1991-ci ildə ABŞ təyyarələrinin İraqa hücum etməsi əmrini verdi.

Körfəz müharibəsi 28 fevralda sona çatdı, ancaq İraqda tənəzzülə səbəb oldu.

ABŞ müdafiə mənbələrinə görə, "Səhrada Fırtına Əməliyyatı" adı verilən Birinci Körfəz müharibəsində ABŞ İraqa və işğal altındakı Küveytə 88 min 500 ton bomba atdı, minlərlə mülki vətəndaşın ölümünə səbəb oldu.

ABŞ-ın Səddama diz çökdürmək üçün İraqdakı mülki infrastrukturları hədəf alması da böyük mübahisələrə səbəb oldu, bu hücumlarda 158 min İraq vətandaşı öldürüldü.

FaktXəbər

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Corc Buş 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 13:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com