Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Noyabr

2012
17:47
Bioloji və kimyəvi müharibə təhdidi - BİOTERRORİZM
Bu müharibədən qorunma yolları barədə nə bilirik?

Bioloji və kimyəvi silahlar kütləvi qırğın silahı kimi ən qədim zamanlardan bu günə qədər geniş şəkildə istifadə edilib. Məxfilik, kütləvi qırğınlar, çaxnaşma və ictimai partlayışlara səbəb olma və sair kimi klassik silahlara nisbətən bir çox üstünlüyü malik bioloji və kimyəvi silahların bu gün və gələcəkdə də dövlətlər və terror təşkilatları tərəfindən düşmən kimi müəyyənləşdirilən ölkələrə qarşı geniş şəkildə istifadə ediləcəyi güman olunur. Azərbaycanın da strateji bir bölgədə yerləşdiyini nəzərə alsaq, bioloji və kimyəvi müharibəyə hazırlıq vəziyyəti, gələcək hərblərdəki müvəffəqiyyəti və vətəndaşın dövlətinə olan etibarını müəyyənləşdirəcək təməl ünsürdür. Bəs sözügedən müharibə barədə biz nələri bilirik və nələri bilməyimiz vacibdir?

Bakterioloji Müharibə (Bacteriological Warfare (BW)) - Bioloji və kimyəvi faktorların insan, heyvan və bitkilər üzərində istifadə edilməsi surətiylə, kütləvi insan və heyvan ölümlərinə və ya bitkilərdə zərərli təsirlərə səbəb olan döyüş növüdür.

Bioterörizm isə bioloji və kimyəvi döyüş maddələrinin ideoloji, siyasi və sair məqsədlərlə, şəxslər, təşkilatlar və qruplar tərəfindən açıq və gizli üsullarla düşmən kimi müəyyənləşdirilən ölkələrə qarşı istifadə edilməsidir.

Bioloji silah kimi istifadə edilə biləcək maddələr üç qrupa ayrılır:

A kateqoriyası: Ən təhlükəli qrupdur. Öldürmə nisbəti yüksək faktorlara malikdir. Xalq arasında çaxnaşma və ictimai partlayışlara səbəb olur. Çiçək virusu (variola major), qarayara (Bacillus anthracis), vəba (Yersinia pestis), botulizm zəhərli maddəsi (Clostridium botulinum), tularemiya (Francisella tularensis), ebola, marburq, lassa və junin virusları bu qrupa aiddir.

B kateqoriyası: İkinci dərəcədə təhlükəli faktor maddələri əhatə edər. Coxiella burneti (Q atəşi), brucella spp (bruselyoz), burkholderia mallei (ruam, glanders), alfaviruslar (ansefalomiyelit), clostridium perfringens epsilon zəhəri, ricinus communis risin zəhərli maddəsi, stafilokok B-entero toksini, su və qidalara yoluxdurulan salmonella spp, shigella dysenteriae, escherichia coli O157:H7, vibrio cholerae və cryptosporidium parvum faktorlarını özündə birləşdirir.

C kateqoriyası: Bu gün az olmaqla birlikdə, gələcəkdə çox təhlükəli olacağı güman edilən faktorlara malikdir. Hantaviruslar, nipah virusu, gənəylə yoluxan hemoroy qızdırma virusları, gənəylə yoluxan ansefalit virusları, sarı qızdırma virusu, müqavimətli (MDR) mikrobakterial vərəm faktorlarını əhatə edər.

Son məlumatlara görə, bioloji müharibədə faktor maddə kimi istifadə edilə biləcək ölüm və yaralanmalara, xəstəliklərə səbəb yaradacaq 1200-dən çox faktor maddə hazırlanıb. Bakı və Gəncə kimi böyük şəhərlərdə hər hansı bir adam və ya qrup tərəfindən istifadə ediləcək çox az miqdardakı bioloji müharibə maddəsi, minlərlə adamın ölümünə və ya xəstələnməsinə səbəb ola bilər. Bioloji müharibə maddələrinin əldə edilməsi, saxlanması və istifadəsi asandır. Bioloji müharibə maddələri gözlə görünmür, qoxuları və dadları yoxdur. Hər mühitdə səssiz şəkildə yayıla bilir. Tənəffüs yoluyla ağciyərlərə təsir edir. Su və ya yeməklərə qatıla bilir. Sui-qəsd məqsədiylə dəriyə inyeksiya da edilə bilir.

Kimyəvi silahlar isə aşağıdakı kimi qruplaşdırılır:

Sinir qazları: Sinir sisteminə təsir etdikdən sonra qısa müddətdə ölümə səbəb olur. Sarin, Tabun, Soman, VX. Hitlerin təlimatıyla 1936-1944-cı illər arasında hazırlanıb. Yaponiyada bir təriqətin Tokio metrosuna hücumunda Sarin qazından istifadə edilmişdi.

Qıcıqlandırıcı və korroziyaedici qazlar: Gözlər, dəri və tənəffüs yolu toxumaları ilk zərər çəkən bölgələrdir. Öldürücü olmasa da, səhhətdə əhəmiyyətli dərəcədə problemlər yarada bilir. Xardal qazı, levisit, fosgen oksim və sair faktor maddələridir.

Boğucu qazlar: Tənəffüs yollarını ağır şəkildə korlayıb, ağciyər xərçənginə səbəb olur. Fosgen, xlor, xloropikrin əhəmiyyətli faktor maddələridir.

Qan zəhərləri: Öldürücüdür. Sianid, Sian-xlorid. Hitlerin qaz otaqlarında da sianid maddələrindən istifadə edilib.

Hərəkət pozğunluğu: LSD, BZ kimi davranış pozğunluğuna səbəb olan, ya da CA, CN, CS kimi göz, dəri və tənəffüs yolları qıcıqlanmasına səbəb olanlar şəklində 2 hissəyə bölünür. Gözyaşardıcı qazlar buna misaldır.

Bitki öldürücü aerezollar: Bitkiləri öldürür, ya da torpağı zəhərləyir. Vyetnamda ABŞ bu növ aerezollardan istifadə edib.

İlk Bioloji Müharibənin tətbiqi miladdan öncəki dövrlərdə zəhərli, ya da xəstəlikdən ölmüş əsgərlərin bədənlərinə batırılmış oxların düşmənə atılmasıyla başlayıb.

Qara dəniz sahilindəki Kaffada liman şəhərini (bugünkü adıyla Feodossia, Ukrayna) 1346-cı ildə müdafiə edən genualılar siçanlar və siçanların daşıdığı birələri onlara hücum edən tatar əsgərlərinə xəstəlik yoluxdurmaq üçün istifadə ediblər. Tatarlar da genualılara xəstəlikdən ölən tatar əsgərlərin bədənlərindən qopardıqları parçaları mancanaqlarla atıblar. Tatar əsgərlərinə xəstəlik yoluxduran siçanlar, eyni zamanda genualıları da xəstələndirmişdi.

Bioloji müharibənin digər bir tətbiqi isə 1754-1767-ci  illərdə Fransa və Qırmızıdərililər arasında olan vətəndaş müharibəsi zamanı Amerika torpaqlarında qeydə alınıb. Bu müharibədə Ser Cefri Amherstinin əmri ilə ingilis əsgərlər "çiçək xəstəliyinə" (smallpox) yoluxmuş əsgərlərin ədyallarını qırmızıdərililərə paylayaraq, əvvəllər heç zaman bu xəstəliklərlə qarşılaşmamış qırmızıdərili yerli qəbilələrdə əhalinin yarısına yaxınının itkisinə səbəb olublar. Belə ki, çiçək xəstəliyinin təsiri qırmızıdərililərdə 200 ilə yaxın davam edib.

Almaniya Birinci Dünya müharibəsi zamanı Rusiyaya göndəriləcək qoyunlara Sibir xorası və ruam; Fransa əsgərlərinin istifadə etdiyi atlara isə ruam xəstəliyi mikrobu inyeksiya etmişdi.

Mançuriyanın 1932-ci ildə yaponlar tərəfindən işğalından sonra 1932-1945 illəri arasında Yaponiya İmperatorluq Ordusuna aid 731 Nömrəli birlik Mançuriya həbsxanalarında məhbus olan minlərlə çin və rus əsgərə qarşı bioloji-kimyəvi silah sınağı həyata keçiriblər, sınaq zamanı əsirlər öldürülüb. Bu işlər zamanı 3000 yapon alim məhkumlar üzərində Sibir xorası, vəba, vəba, menengit, dizenteriya, bruselyoz bakteriyaları sınayıb.

İngiltərə Şotlandiyanın şimal qərbində yerləşən Qruinard adası bölgəsində 1942-1943-cü illərdə Sibir xorası (anthrax) bombası sınağı keçirib.

Amerika Birləşmiş Ştatları Hərb Araşdırma Xidməti (War Research Serrvice) yaradaraq İkinci Dünya müharibəsinin davam etdiyi müddətdə - 1942-ci ildə Sibir xorası (anthrax) və botulinum toksini (Clostridium botulinum və digər iki Clostridium sinirlərə təsir göstərən toksindir) faktorlarının istehsal işlərinə başlayır. 1944-vü ilin iyununa qədər kafi bioloji silah maddəsi anbarı yaradır. Əgər Almaniya bioloji silah istifadə etsəydi, istehsal olunan bioloji silah faktorları Almaniyaya qarşı istifadə ediləcəkdi. İkinci Dünya müharibəsindən sonra ABŞ-ın Koreya müharibəsi zamanı Şimali Koreya ordusuna qarşı bioloji silah istifadə etdiyi bildirilir.

ABŞ 1950 və 1960-cı illərdə də hücum məqsədli bioloji silah istehsalı sahəsindəki işlərini davam etdirib. 1951-1954-cü illər arasında Amerikanın sahil şəhərlərinə zərərsiz bioloji silah tətbiqləri edib, şəhərlərin bioloji silah təsirlərinə həssaslığı sınaqdan keçirilib. ABŞ hökuməti tərəfindən oxşar bioloji müharibə sınaqları 1966-cı ildə zərərsiz bioloji müharibə faktorları ilə Nyu York metrosunda edilib.

Avropadakı müharibənin başa çatmasından 3 ay sonra, 9 avqust 1945-ci il tarixində Sovet ordusu Mançuriyaya girmişdi. Mançuriyanın SSRİ tərəfindən işğalında (1945) Mançuriya Strateji Hücum Hərəkatı (Manchurian Strategic Offensive Operation) adı verilən hərəkat zamanı ruslar yaponların nüvə silah istehsalına aid bəzi işlərini ələ keçirdilər. Sverdlovskdakı bioloji silah istehsal mərkəzinin məhz həmin sənədlərdən faydalanaraq qurulduğu güman edilir.

Sovet Sosialist Respublikalar İttifaqı dövründə Sverdlovsk şəhəri İkinci Dünya müharibəsindən sonra Sovet İttifaqının ən əhəmiyyətli silah istehsal mərkəzlərindən biriydi. Burada tank, top, nüvə silahları və sair istehsal edilirdi. Amma 1958-ci ildə bu şəhərdə böyük bir nüvə qəzası baş verdi. Hərbi reaktorun zərər çəkməsi nəticəsində ortaya çıxan radioaktiv buludlar minlərlə kvadrat kilometrlik sahədə təsirli oldu.

Vyetnam müharibəsi zamanında Viet Çonq partizanları düşmən əsgərlərini bıçaqladıqda, infeksiyaya səbəb olacaq bioloji müharibə faktorlarından istifadə ediblər.

SSRİ dövründə Sverdlovsk şəhərində 1979-cu ildə bir hərbi zavodda baş verən qəza nəticəsində Sibir xorası virusları atmosferə sızmış, 50 km diametrindəki sahəyə təsir göstərmişdi. Qəza nəticəsində yaranan epidemiyada 66 nəfər ölmüşdü. Rus səlahiyyətlilər əvvəlcə ölümlərin xarab ətdən qaynaqlandığını açıqlasalar da, Boris Yeltsin 1992-ci ildə ölümlərə Sibir xorası mikrobunun səbəb olduğunu vurğulamışdı.

1980-ci illərdən etibarən terror təşkilatlarının da bioloji müharibə maddələri istehsal və istifadə etməyə cəhd göstərdikləri məlumdur.

2003-cü ilin martında Körfəz Müharibəsindən sonra Birləşmiş Millətlər Təşkilatının mütəxəssisləri tərəfindən aparılan araşdırmalarda İraqın əlində Körfəz Müharibəsi zamanı istifadə edilməyən bir çox bioloji silah maddəsinin (Sibir xorası kimi) olduğu ortaya çıxmışdı.

Bioloji silahların nəzarəti

Kimyəvi və bioloji silahların, zəhərli qazların müharibələr zamanı istifadəsinə maneə yaratmq üçün 1925-ci ildə Cenevrə Protokolu imzalanıb. Bu protokol bioloji silahların müharibədə istifadəsini qadağan etməklə bərabər, araşdırılmasına, istehsalına və toplanmasına maneə törədir. Protokolu imzalayan ölkələrdən bəziləri işlərini davam etdirir, Yaponiya və ABŞ isə protokolu imzalamayıb.

1972-ci ildə beynəlxalq səviyyədə bioloji və zəhərli silahların inkişaf etdirilməsini, istehsalını, saxlanılmasını, toplanmasını və başqa ölkələrə transferini qadağan edən müqavilə mətni hazırlanmışdı. 1972-ci il protokolu 143 ölkə tərəfindən imzalanmış, 18 ölkə sonradan qatılmış və 1975-ci ildə qüvvəyə minmişdi.

NATO tərəfindən isə potensial bioloji silah kimi 31 patogen təyin edib və prioritet olanlarını Sibir xorası, çiçək, vəba, tulyaremiya, bruselyoz faktorları və botulinum toksini kimi açıqlayıb.

Əvvəllər 11 faktorla bioloji silah işləri həyata keçirdiyini 1994-cü ildə açıqlayan rus mütəxəssislərə görə, ideal bioloji silah tərifinə ən uyğun faktorlar çiçək (variola/smallpox) faktoru Variola major virusu, Sibir xorası (anthrax) faktoru Bacillus anthracis, vəba (plague) faktoru Yersinia pestis, botulizm faktoru Clostridium botulinum toksinidir.

Bioloji silahlara qarşı müdafiə və qorunma tədbirləri

Bioloji və kimyəvi müharibə mövzusu ölkəmizin hələlik "birinci prioritetli" mövzuları sırasında deyil.

Əvvəllər əksəriyyət olaraq hərbçilərə "rəqib qüvvənin əhvalını pozmaq, ictimai çaxnaşma və partlayışlar yaratmaq və bununla strateji hədəflərə çatmaq" məqsədiylə istifadə edilən bioloji və kimyəvi döyüş maddələri barədə məlumatlar verilir, indiki vaxtda gizli və son dərəcə hiyləgər şəkildə, düşmən və ya düşmən olacaq dövlət və ya təşkilatlar tərəfindən asanlıqla vətəndaşlarımıza qarşı istifadə edilə biləcəyi barədə seminarlar keçirilirdi.

Bioloji və kimyəvi müharibə faktorlarının asanlıqla su , hava və qida maddələrinə yoluxdura biləcəyi daim diqqətdə saxlanılmalıdır.

Bu kimi maddələrin istifadə edilib-edilmədiyini dərhal müəyyənləşdirmək üçün dövlət və dövləti təşkil edən hər bir seqment vətəndaşları əvvəlcədən öyrətməli və məlumatlandırmalıdır. Hətta bioloji və kimyəvi müharibə mövzusu, ibtidai məktəblərdən başlamaq surətiylə təhsil planına daxil edilməli, ildə bir neçə dəfə təlimlər keçirilməlidir. Mənzillər, xəstəxanalar, metro və qatar stansiyaları ilə avtobus dayanacaqları, bazarlar, fabriklər hər cür bioloji və kimyəvi müharibə maddələrinə qarşı müdafiə oluna biləcək hala gətirilməli, həyəcan xəbərdarlıq sistemləri qurulmalı və kənd və şəhərlərdə təmizləmə qrupları yaradılmalıdır.

Kimyəvi və bioloji döyüş maddələrinin istifadə edildiyi aşkarlandıqda kimin nə vaxt, harada, necə müdaxilə edəcəyi əvvəlcədən planlaşdırılmalı, peyvəndləmə prosesi hər yaş səviyyəsinə uyğun davamlı aparılmalı və dövlət tərəfindən onlayn olaraq şəxsiyyət vəsiqəsində qeydiyyat aparılmalıdır.

Ölkə daxilində peyvənd istehsalı edilməlidir. Çiçək, Sibir xorası, vəba və sair kimi ölümcül xəstəliklər üçün peyvənd idxalına ehtiyac qalmamalıdır.

Bioloji silahlar hər hansı bir orqanizmi (bakteriya, virus, və ya göbələk) və ya təbiətdə olan toksinləri (toksinlər orqanizmlər tərəfindən istehsal edilən zəhərli mürəkkəblərdir) əhatə edə bilər. Bir çox dövlətin bioloji müharibə vasitələrini əldə etməyə çalışdığı sirr deyil. Yalnız dövlətlərin  deyil, terror təşkilatlarının, hətta şəxslərin belə bioloji silah faktorlarını asanlıqla əldə edə biləcəkləri və bu faktorları insanları öldürmək və ya yaralamaq məqsədiylə istifadə edə biləcəkləri unudulmamalıdır. Bioloji müharibə faktorlarının istifadə edildiyini aşkarlamaq və dərhal lazımlı müdafiə tədbirlərini görmək, bir-birini izləməsi lazım olan kompleks tədbirlər tələb edəcək. Hər səhv, kütlə ölümlərinə və ya davamlı yaralanmalara səbəb olacaq. Bu səbəbdən də universitetlərdə, radio və televiziyalarda, mətbu nəşrlərdə mövzuyla əlaqədar konfranslar, maarifləndirici filmlər, seminarlar və s. təşkil edilməli, həm tətbiq edicilər, həm də vətəndaş əvvəlcədən müəyyənləşdirilməlidir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 08:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com