Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 İyun

2020
11:45
Binəqədinin Gülüstan qəsəbəsinə içməli suyun verilişi bərpa edilib

Binəqədi rayonunun Gülüstan qəsəbəsinə içməli suyun verilişi bərpa olunub.

Bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, iyunun 16-sı axşam saatlarından əraziyə içməli su verilib: "Magistral su kəmərində hidravlik rejim pozulduğu üçün həmin ərazidə suyun təzyiqi aşağı düşüb. Oraya Ceyranbatan-Qala xəttindən su birbaşa getdiyi üçün su problemi yaranmışdı. Artıq dünən axşamdan həmin xətdə təzyiq normallaşıb və əraziyə suyun verilişi bərpa edilib".

A.Cəbrayıllı bildirib ki, "Azərsu" ASC ərazinin su təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər görür.

Xatırladaq ki, Binəqədi rayonu, Gülüstan qəsəbəsində bir neçə gün idi içməli su qıtlığı yaranmışdı.

Məqalədə : Azərsu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
7446

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
6269

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7846

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7779

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
11177

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7517
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-07-2020 08:42





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru