Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyun

2020
16:29
Bilərəkdən başqasını koronavirusa yoluxduran şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq

“Bilərəkdən digər vətəndaşı koronavirusa yoluxduran şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar”.

Bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində çıxışı zamanı deyib.

O bildirib ki, karantin rejiminin bilərəkdən pozulması inzibati məsuliyyət daşımır:

“Vətəndaşlar arasında bilərəkdən karantin rejiminin pozulması və bu səbəbdən digər şəxslərin virusa yoluxması birbaşa cinayət məsuliyyətidir. Biometrik faktorlarla bu kimi halların müəyyən edilməsi və cərimələrin tətbiq edilməsinə nə gərək var? İnsanlar birmənalı başa düşməlidirlər ki, polisin vəzifəsi cərimə tətbiq etmək deyil.

Monitorinqlərin nəticələrinə əsasən deyirəm ki, tibbi maskaların istifadəsinin tövsiyə xarakterli olduğu müddətdə kifayət qədər insan küçələrdə, ictimai nəqliyyat vasitələrində bu qoruyucu vasitədən istifadə etmirdi. Avtobuslardan istifadə edən 15 nəfərdən maksimum 5-i tibbi maskadan istifadə edirdi. Bu məsələyə birmənalı olaraq ictimai nəzarət olmalıdır. 65 yaşdan yuxarı şəxslər də daxil olmaqla, hər kəs öz sağlamlığı üçün qaydalara riayət etməli, digərlərinə də məsləhət etməlidir”.(Oxu.az)

Məqalədə : koronavirus 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda bir şagirdi olan iki məktəb var

06

May
16:55
ELM / TƏHSİL
386

Yoluxanların sayı azaldı

06

May
16:51
ÖLKƏ
351

Bakıda narkotik vasitə qəbul edən kişi öldü

06

May
15:33
HÜQUQ,HADİSƏ
330

Sabahın hava proqnozu açıqlandı

06

May
13:04
ÖLKƏ
390
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-05-2021 08:46





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru