Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyun

2020
15:29
BŞİH: Paytaxtdakı çimərliklər yay mövsümünə hazırdır

Yayın ilk günlərindən paytaxtdakı çimərliklərdə mövsümə hazırlıqla bağlı son işlərə yekun vurulub. Çimərliklərdə lazımi təmizlik-abadlıq işləri görülüb, karantin dövrünün tələblərinə uyğun olaraq tibbi-profilaktiki tədbirlər həyata keçirilib.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətindən bildirilib.

Belə ki, keçən il paytaxt sakinləri, eləcə də şəhərimizin çoxsaylı qonaqlarının istək və arzuları, onların IDEA İctimai Birliyinə müraciətləri nəzərə alınaraq, Birliyin təsisçisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzləri və pullu çimərliklərə alternativ olaraq ictimai çimərliklər yaradılmışdı.

İlk olaraq belə çimərlik Səbail rayonunda, “Şıx” çimərlik ərazısındə, daha sonra isə Sahil, Buzovna, Novxanı, Görədil və Pirşağı qəsəbələrində təşkil edilmişdir. Qeyd edilən hər bir qəsəbədə əvvəllər baxımsız vəziyyətdə olan ərazilər təmizlənərək abadlaşdırılıb, burada tələbata uyğun miqdarda kölgəliklər, soyunub-geyinmə və duş kabinaları, sanitariya qovşaqları, istirahətə gələn vətəndaşların nahar etmələri üçün söhbətgahlar quraşdırılmış, futbol və voleybol meydançaları yaradılmış, dəniz kənarına uzanan yola asfalt çəkilib və hər bir ərazidə avtomobil dayanacağı yaradılıb.

"Vətəndaşların istirahərinin təşkili üçün çimərlik ərazilərinə kifayət qədər oturacaq və qamaklar qoyulub, ərazı boyunca zibil konteynerləri, qoruyucu maskaların atılması üçün qutular quraşdırılıb, əlavə işlər görülüb.

Qeyd olunmalıdır ki, İDEA İctimai Birliyi tərəfindən yaradılan bu ictimai çimərliklərə giriş və digər xidmətlərdən istifadə pulsuzdur. Ərazinin təmizliyini lazımi səviyyədə saxlanılması üçün burada xidmət personalı fəaliyyət göstərir.

Çimərliklərdə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, həmçinin tibb məntəqələri yaradılmış, sərinləşdirici içkilər və müxtəlif ərzaq məhsulları təklif edən köşklər quraşdırılmışdır.

Karantin şəraiti nəzərə alınaraq hər bir çimərlikdə maarifləndirici lövhələr quraşdırılıb, işçi personal tərəfindən sosial məsafə saxlanılması, dezinfeksiyaedici vasitələrdən istifadə edilməsi, təmiziyə riayət edilməsi ilə bağlı vətəndaşlara xəbərdarlıq edilir.

Eyni zamanda paytaxtın sahilyanı qəsəbələrində fəaliyyət göstərən özəl və digər çimərlik və istirahət mərkəzlərində də karantin şəraitinin tələbləri nəzərə alınmaqla mövsümə hazırlıqla bağlı müvafiq hazırlıq işlər görülüb. Aidiyyəti qurumlar tərəfindən bütün çimərliklərdə dəniz suyunun təmizliyinin yoxlanılması üçün bir neçə dəfə laborator nümunələr götürülüb, həmçinin digər məsələlərlə bağlı monitorinqlər keçirilirb", - BŞİH-in məlumatında əlavə olunub.

Məqalədə : BŞİH çimərliklər 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
7466

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
6289

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7861

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7789

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
11207

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7532
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-07-2020 09:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru