Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Sentyabr

2019
22:27
707
Belə xəbərlərə ad tapmaq çox çətindir - FOTO

Türkmənistanda prezident Qurbanqulu Berdıməhəmmədovun “Türkmən alabayı”  adlı yeni kitabının çapdan çıxması münasibəti ilə bayram tədbirləri günlərdir davam edir.

“Türkmənistan Xronikası” portalı xəbər verir ki, sentyabrın 13-də prezident Berdıməhəmmədov bu kitabı ilk dəfə hökumətin iclasında təqdim edib, ardınca türkmən çoban itlərinə-alabaya həsr edilmiş şeirini oxuyub. Nazirlər və digər məmurlar əlbətdə ki, prezidentin kitabını, şeirini alqışlarla qarşılayıblar.

Sentyabrın 14-də Aşqabaddakı mukam Sarayında dövlət başçısının yeni kitabının çapdan çıxması ilə bağlı təntənəli tədbir olub. Həmin tədbirdə prezidentin itlər haqda şeirinə yazılmış mahnının da təqdimatı keçirilib.

Sentyabrın 17-də kitabla bağlı Aşqabaddakı Kənd Təsərrüfatı Kompleksində təntənəli tədbir olub. Orada hökumət üzvləri, aqrosənaye kompleksinin bütün müəssisə rəhbərləri, dövlət qoruqlarının, elmi tədqiqat institutlarının, KİV-lərin və s. başçıları iştirak ediblər.

Ertəsi gün sentyabrın 18-də isə prezidentin oğlu, Aşqabad ətrafındakı Axalsk vilayətinin hakimi Sərdar Berdıməhəmmədov alabay itlərinin yetişdirilməsi mərkəzinin açılışını edib.

Türkmənbaşı bundan əvvəl də atlar, dərman bitkiləri və s. haqda kitablar yazıb. Habelə şəxsən yarış maşını çertyojlaşdırıb, xüsusi təyinatlı geyimində hədəfləri o cümlədən velosiped sürərkən “sərrast” vurub, digər məharətlərini nümayiş etdirib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1149

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
67

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
92

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
316

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
355
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 04:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru