Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Noyabr

2019
17:36
BDU-nun kafedra müdirinin oğlu həbs edilib

Bakı Dövlət Universitetinin (BDU) Əmək və ekologiya hüququ kafedrasının müdiri, hüquq elmlər doktoru, professor Alış Qasımovun daxili işlər orqanlarında çalışan oğlu Azər Qasımov həbs edilib.

A. Qasımov Cinayət Məcəlləsinin 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə), 178-ci (dələduzluq) maddələri ilə təqsirli bilinir. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.  

A. Qasımov barəsində aparılan cinayət işinin istintaqı başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Cinayət işi hakim Əli Məmmədovun icraatında araşdırılır.

Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, A. Qasımov polis zabitidir və Bakıda sahə müvəkkili vəzifəsində çalışıb. O, işdə yol verdiyi nöqsanlara görə polis orqanlarından xaric edilib.

Prosesdə təqsirləndirilən şəxsin vəkili A. Qasımovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət versə də, məhkəmə onu təmin etməyib.(APA)

Məqalədə : BDU kafedra müdiri 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Britaniyada Asanjın taleyi həll olur

14

Dekabr
15:48
DÜNYA
192

Elvin İsayev Azərbaycana deportasiya edildi

14

Dekabr
15:37
HÜQUQ,HADİSƏ
239

Bazar günü hava yağmursuz olacaq

14

Dekabr
13:04
ÖLKƏ
1179
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2019 18:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru