Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyun

2019
11:40
1237
BDU-nun daha bir prorektoru işdən çıxarılıb

Bakı Dövlət Universitetinin (BDU) prorektoru Sani Hacıyev vəzifəsindən azad olunub.

Tarix elmləri doktoru, professor S.Hacıyevin işdən çıxarılması ilə bağlı müvafiq əmr imzalanıb.

Hələlik həmin vəzifəyə yeni təyinat yoxdur. 

Bundan başqa, BDU-nun rektoru Elçin Babayevin əmri ilə ali məktəbdə iki yeni müşavirlik yaradılıb və həmin vəzifələrə təyinatlar olub. Bunlar rektorun Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşaviri və Ümumi məsələlər üzrə müşavir vəzifələridir. Əliş Çoban oğlu Ağamirzəyev Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşavir, Fikrət Heydər oğlu Heydərov isə Ümumi məsələlər üzrə müşavir vəzifəsinə təyin edilib.

Bir müddət əvvəl isə BDU rektorunun Strateji inkişaf və əlaqələr üzrə müşaviri vəzifəsi təsis olunub. Həmin vəzifə isə Əli Nağıyevə həvalə edilib. Hazırda Məzahir Sultanovun tutduğu Maliyyə məsələləri üzrə müşavirlik isə əvvəldən mövcud olub. Bununla da hazırda BDU rektorunun müşavirlərinin sayı 4-ə çatıb.  

Qeyd edək ki, Prezident İlham Əliyevin 2018-ci ilin noyabrın 15-də imzaladığı sərəncamla akademik Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Həmin müddətdən 2019-cu ilin martın 11-dək BDU-nun rektoru vəzifəsini Təhsil nazirinin müavini Firudin Qurbanov icra edib. Dövlət başçısının martın 11-də imzaladığı sərəncama əsasən, Elçin Babayev universitetin rektoru vəzifəsinə təyin olunub. E.Babayev bu təyinata qədər Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru olub.

Xatırladaq ki, bir müddət əvvəl S.Hacıyevin prorektor vəzifəsindən azad edilməsi ilə bağlı xəbər yayılsa da, təsdiqini tapmamışdı.

Bir müddət əvəvl BDU-nun ümumi işlər üzrə prorektoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Vüqar Mehrabov işdən çıxarılıb. Həmin vəzifə Cəfər Eyvazova həvalə olunub.(Report)

Məqalədə : BDU 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölümlə burun-buruna - VİDEO

16

İyun
16:13
NƏQLİYYAT
2459

Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR

16

İyun
15:25
AİLƏ, SAĞLAMLIQ
2295

Masallıda zəlzələ olub

16

İyun
10:51
ÖLKƏ
1748

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1489

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
448

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
232

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1183
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2019 21:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru