Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 May

2020
18:30
Bayram namazının məscidlərdə qılınmasına icazə veriləcəkmi?

“Bayram namazları ilə bağlı məscidlərin açılması hələ qadağandır”

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, gələcəkdə bu barədə qərar qəbul olunarsa, məsələ ilə bağlı ictimaiyyətə açıqlama veriləcək:

“İndiki vəziyyətdə insanların məscidlərdə kütləvi toplanmasına icazə verilmir. Bugünkü yoluxma səviyyəsinə görə, proses hələ müzakirə olunmur. Bayram günlərinə qədər vəziyyətdən asılı olaraq müəyyən qərar verilə bilər.

Hər şey sanitar-epidemioloji vəziyyətdən asılıdır. Hazırkı imkanlarımız bugünkü vəziyyəti idarə etməyə imkan verir. Əgər yoluxma artarsa, yenidən sərtləşmə ola bilər”.

İ. Məmmədov qeyd edib ki, xaricdən gələnlər arasında yoluxmaların səviyyəsi yüksəkdir, 20 faizə, hətta 30 faizə çatır: “Məsələn, Ukraynadan sonuncu gələn təyyarədə 120 nəfərdən 29-da testlər pozitiv olub. Deməli, təyyarədə gələnlərin hamısı karantinə götürülməlidir. Rusiyadan gələnlərin arasında isə yoluxma 20 faizdir”.

Məqalədə : bayram karantin 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiyada helikopter sərt eniş edib

26

May
09:44
DÜNYA
327

“Azsığorta”dan oğurluq olub

25

May
13:39
HÜQUQ,HADİSƏ
286

Neftçala sakinindən 10 kq narkotik götürülüb

25

May
13:00
HÜQUQ,HADİSƏ
223

Biləsuvarda narkotacirlər tutuldu

25

May
12:40
HÜQUQ,HADİSƏ
261
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-05-2020 14:49





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru