Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Yanvar

2019
12:11
1989
Bayramda işıq təchizatında problem olmayıb

 Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 1-2 Yanvar - Yeni İl Bayramı günlərində istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchizatında heç bir problem yaranmayıb. Bu barədə FaktXəbər-ə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

T.Mustafayevin sözlərinə görə, “Azərişıq” və “Azərenerji” ASC-lər bayram günləri müştərək fəaliyyət göstərib:

“Enerji sisteminin dayanıqlığı və etibarlığını qorumaq, istehlakçıları fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək, baş verə biləcək qəzaların dərhal aradan qaldırırılmasını həyata keçirmək üçün “Azərenerji” və “Azərişıq” ASC-lərin rəhbərliyi tərəfindən müvafiq əmrlər imzalanaraq, hər iki Səhmdar Cəmiyyətlərin mərkəzi aparatları üzrə məsul şəxslərlərdən ibarət növbətçilik təşkil edilib, eyni zamanda sistem əhəmiyyətli yarımstansiya və stansiyalara birbaşa məsul şəxslər təyin olunublar. Yüksək, orta və alçaq gərginlikli bütün ötürücü və paylayıcı elektrik veriliş xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin edilib. Hazırda ölkə boyu hər yerdə elektrik enerjisi təchizatında heç bir problem yoxdur. “Azərenerji” və “Azərişıq” ASC-nin Rəhbərliyi və kollektivi Yeni İl münasibətilə bütün istehlakçılarnı təbrik edir, firəvan həyat, işıqlı gələcək arzulayır".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Tanrıverdi Mustafayev 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-01-2019 22:56



  (+994 55) 786-96-84

  fa[email protected]

Valyuta.com