Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyun

2019
11:32
1362
Batumidə məscidin inşası ilə bağlı məhkəmə təxirə salınıb

Gürcüstanın Batumi şəhərində ikinci məscidin inşası məsələsi ilə bağlı dördüncü məhkəmə iclası keçirilib.

Hakim Cumber Becanidze Batumi meriyasının nümayəndəsinə məscidlə bağlı məsələnin müzakirəsi üçün bu gün müsəlman icması ilə görüşməyi təklif edib.

O bildirib ki, məhkəmənin bir neçə dəfə təxirə salınmasının səbəbi meriya və müsəlman icması arasında danışıqların baş tutmamasıdır.

Meriyanın vəkili Vaxtanq Gedenidze şəhər rəhbərliyinin müsəlman icması ilə danışıqlara hazır olduğunu deyib.

Gürcüstanın Müsəlmanlar Birliyinin sədri Tariel Nakaidze isə, öz növbəsində,meriyanınməscidlə bağlı məsələdə mövqeyinin çox zəif olduğunu bildirib: “Şəhər rəhbərliyinin bu problemin həlli üçün siyasi iradəsi yoxdur. Buna görə də proses uzanır”.

Məhkəmə prosesində fasilə elan olunub. İclasın günün ikinci yarısında davam etdiriləcəyi gözlənilir.

Qeyd edək ki, Batumidə yeni məscidin inşası ilə bağlı məhkəmə prosesi 2017-ci ildən davam edir. Son məhkəmə iclası mayın 22-də keçirilib.

Batumidə yeni məscidin tikintisi ilə bağlı mübahisə 2013-cü ildən etibarən davam edir. Şəhərdə fəaliyyət göstərən yeganə məscid müsəlmanlara kifayət etmir. Belə ki, onların əksəriyyəti dini ibadətlərini məscidə yaxın küçədə yerinə yetirir.

2017-ci ildə şəhərin müsəlman icması məscid üçün 3 min kvadrat metr sahəyə malik torpaq sahəsi əldə edib. Lakin Batumi meriyası həmin ərazidə tikililərin sıx olduğunu əsas gətirərək məscidin inşasına icazə verməyib. 

Məqalədə : Batumi məscid inşası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"QARA PLYONKA" məsələsinə nöqtə! - FOTO

20

Avqust
16:55
NƏQLİYYAT
716

Tikinti icazəsi "Bir pəncərə" sisteminə keçir

20

Avqust
15:42
HÜQUQ,HADİSƏ
805

Smartfonun beynin məhsuldarlığına təsiri öyrənilib

20

Avqust
15:05
AİLƏ, SAĞLAMLIQ
1546

Hirkan Milli Parkında yanğın başlayıb

20

Avqust
14:13
HÜQUQ,HADİSƏ
220

Bakıda kirayə evlər ötən aydan bahalaşıb

20

Avqust
14:10
İQTİSADİYYAT
1799

Füzulidə top mərmisi tapılıb

20

Avqust
14:07
HƏRB
844

BMT-dən fillərlə bağlı QADAĞA

20

Avqust
12:56
MARAQLIDIR
292

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

20

Avqust
12:49
HÜQUQ,HADİSƏ
242

Avqustun 21-ə gözlənilən hava proqnozu

20

Avqust
12:41
ÖLKƏ
299

Bakı metrosunda işıqlar söndü

20

Avqust
12:40
HÜQUQ,HADİSƏ
244
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 07:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru