Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Oktyabr

2019
12:07
Başsız robot pişik stresslə mübarizədə kömək edəcək (VİDEO)

Yaponiyanın “Yukai Engineering” şirkəti başsız robot pişik təqdim edib. Berlində keçirilən “IFA-2019” sərgisində nümayiş olunan yeni qurğunun əsas vəzifəsi insana stresslə mübarizə aparmaqda kömək etməkdir.

Məlumata görə, başsız robot pişik canlı heyvanların etdiyi kimi quyruğunu yelləyir. “Qoobo” adlı texnologiyanın effektivliyi aparılan bir neçə psixoloji test zamanı sübuta yetirilib.

Robot pişik tumarlanan zaman tərpənməyə başlayır və quyruğunu bulayır. Qurğunun effektivliyi bir neçə könüllünün üzərində aparılan sınaqlarda qiymətləndirilib. Şirkət mütəxəssisləri könüllülərin stress səviyyəsini qiymətləndirdikdən sonra onlara robot pişiyi tumarlamağa icazə veriblər. Bu proses başa çatdıqdan sonra sorğu keçirilib.

Tədqiqatdan məlum olub ki, qurğu insana apatiya və yorğunluq səviyyəsini, eləcə də gərginliyi azaltmağa imkan verib və depressiya ilə mübarizə aparmağa kömək edib. İndiyədək satılan “Qoobo” qurğularının sayı 10 min təşkil edir.(İctnews)

Məqalədə : stress 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Varlı kəndin bərbad məktəbi - VİDEO

25

Yanvar
14:21
ÖLKƏ
533

Daha bir marşrut avtobusu kart sisteminə keçir

25

Yanvar
14:11
NƏQLİYYAT
363

Sabahın hava proqnozu açıqlandı

25

Yanvar
13:06
ÖLKƏ
338

Putinin "boz kardinal"ı istefa verib

25

Yanvar
12:16
DÜNYA
320

Ölümcül virus artıq Avstraliyada

25

Yanvar
11:21
DÜNYA
312

Bu ərazidə işıq olmayacaq

25

Yanvar
10:47
ÖLKƏ
403
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-01-2020 14:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru