Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Sentyabr

2019
16:36
271
Baş Prokurorluğunun Çağrı Mərkəzi fəaliyyətə başlayacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmizdə səmərəli idarəçiliyin formalaşdırılması, dövlət orqanlarının fəaliyyətində operativliyin artırılması, vətəndaşların məmnunluq səviyyəsinin yüksəldilməsi istiqamətində müsbət nailiyyətlər əldə edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, müraciətlərə baxılması işi prokurorluq orqanlarının əsas vəzifələrindən biri hesab edilməklə son illər bu sahədə işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılması istiqamətində müasir üsul və metodlardan istifadə edilib.

2001-ci ildən başlayaraq vətəndaş məmnunluğunun təmin olunması məqsədilə qarşıya qoyulmuş vəzifələrin həlli istiqamətində bir çox işlər görülüb, o cümlədən Baş Prokurorluqda “Qaynar xətt”, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində isə “161 Qaynar xətt” əlaqə mərkəzləri yaradılaraq uğurla fəaliyyət göstərib.

Ötən müddət ərzində “Qaynar xətt” əlaqə mərkəzləri vətəndaşlarla, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əlaqələrin daha da genişləndirilməsinə, bu sahədə fəaliyyətin təkmilləşdirilməsinə, operativliyin və aşkarlığın artırılmasına xidmət etmiş, müraciətlərin həlli istiqamətində zəruri tədbirlər görülüb.

Dövlət başçısı İlham Əliyevin vətəndaş-məmur münasibətlərinin meyarlarını müəyyən edən tövsiyələrindən irəli gələrək qanunçuluğun və vətəndaş məmnunluğunun təmin edilməsi, prokurorluq orqanlarında müraciətlərin qəbulu üzrə fəaliyyətin daha da təkmilləşdirilməsi, daxil olmuş ərizə və şikayətlərə dərhal baxılması, müraciət müəlliflərinin məlumatlandırılması və izahların verilməsi məqsədilə Baş Prokurorluqda “961” nömrəli Çağrı

Mərkəzi yaradılıb.

Oktyabrın 2-dən fəaliyyətə başlayacaq “961” nömrəli Çağrı Mərkəzində prokurorluğun fəaliyyət istiqamətləri üzrə, eləcə də prokurorluq işçilərinin qanunsuz hərəkətləri, ibtidai araşdırma və əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı yol verilən pozuntular barədə müraciətlərin qəbulu və qeydə alınması, daxil olan sualların birbaşa və ya araşdırıldıqdan sonra cavablandırılması mümkün olacaq.

Aşkarlığın təmin edilməsi məqsədilə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə səs yazılarının qeydə alınacağı və fasiləsiz olaraq fəaliyyət göstərəcək Çağrı Mərkəzinə müraciətlərin qəbulu və cavablandırılması respublikanın istənilən regionundan stasionar telefonlar, eləcə də mobil operatorlar vasitəsilə ödənişsiz həyata keçiriləcək.

Məqalədə : Baş Prokurorluq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
47

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
319

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
143

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
63

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
131

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
53
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2019 01:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru