Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Sentyabr

2019
14:40
Bal yarmarkasına hazırlıq yekunlaşır

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat (ATT) ASC, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkasına hazırlıq işləri yekunlaşmaq üzrədir.

Bu barədə ASC-dən bildiriblər.

Qeyd olunub ki, artıq bütün məhsullar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılıb. Yarmarka təşkil ediləcək sahədə kameralar quraşdırılıb və mütəmadi olaraq həmin kameralardan insanlar üçün onlayn görüntülər paylaşılacaq.

Xatırladaq ki, ötən il güclü küləyin olduğunu nəzərə alaraq paytaxtda yarmarkanın təşkili üçün xüsusi çadırlar gətirilib. Eyni zamanda, soyuq günlərdə həm arıçılar, həm də alıcıların rahatlığını təmin etmək məqsədilə çadırlarda istilik sistemi quraşdırılacaq.

Qeyd edək ki, 28 sentyabr-18 oktyabr tarixlərdə keçiriləcək yarmarka Fətəli xan Xoyski küçəsi 10 ünvanında (Tofiq Bəhrəmov adına Respublika Stadionunun ərazisi) təşkil olunacaq.

Məqalədə : bal yarmarkası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Varlı kəndin bərbad məktəbi - VİDEO

25

Yanvar
14:21
ÖLKƏ
533

Daha bir marşrut avtobusu kart sisteminə keçir

25

Yanvar
14:11
NƏQLİYYAT
363

Sabahın hava proqnozu açıqlandı

25

Yanvar
13:06
ÖLKƏ
338

Putinin "boz kardinal"ı istefa verib

25

Yanvar
12:16
DÜNYA
320

Ölümcül virus artıq Avstraliyada

25

Yanvar
11:21
DÜNYA
312

Bu ərazidə işıq olmayacaq

25

Yanvar
10:47
ÖLKƏ
403
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-01-2020 14:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru