Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Oktyabr

2021
14:57
Bakı Zooloji Parkına giriş qiymətləri nə qədərdir?

Yenidən qurulan Bakı Zooloji Parkında qapalı məkanlara, akvaterrariuma  və restoranlara girişdə COVID-19 pasportu tələb olunacaq.

Bu barədə Bakı Zooloji Parkının icraçı direktoru Nəzakət İsayeva bildirib.

Onun sözlərinə görə, zooparkda kassa hər gün səhər saat 10:00-dan axşam saat 17:30-a kimi açıq olacaq.

Parka giriş qiyməti böyüklər üçün 5 manat, kiçiklər üçün 2 manat, şəhid ailələri üçün pulsuz, qazillər, I, II, III qrup Vətən müharibəsi əlilləri, şagird və tələbələr üçün güzəştli olacaq. 3 yaşa qədər uşaqlar isə pulsuz yararlana biləcəklər.

N.İsayeva qeyd edib ki, ümumiyyətlə zooparkın ərazisi iki dəfə böyüdülərək 4,25 hektara çatdırılıb: “Parkda 125 heyvan növü var. Onlardan 62-si akvaterrariumdadır. Zooparkda “Qırmızı kitab”a düşən heyvan növləri də var. Nəsli kəsilməkdə olan heyvanların çoxaldılması və təbiətə buraxılması üçün gələcəkdə layihələr olacaq”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Füzuli Hava Limanına beynəlxalq status verilib

16

Oktyabr
11:57
NƏQLİYYAT
462

Eldar Həsənov hospitala köçürüldü

15

Oktyabr
17:54
ÖLKƏ
598

Qarabağa ilk konteyner blok qatarı yola salınıb

15

Oktyabr
16:30
İQTİSADİYYAT
613

Yoluxanların sayı yenə artdı

15

Oktyabr
14:43
ÖLKƏ
654

Bu gün Hikmət Hacıyevin doğum günüdür

15

Oktyabr
13:12
SİYASƏT
650
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2021 13:06





  [email protected]om

Valyuta.com

Рейтинг@Mail.ru