Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Avqust

2019
15:39
Bakı ətrafı qəsəbələrdə yaşayanlara xoş xəbər

“Azəriqaz” İB tərəfindən Bakı şəhərinin 5 inzibati rayonunda qazlaşdırılma işlərinin aparılması nəzərdə tutulub. 

Bu barədə Faktxeber.com-a qurumdan məlumat verilib.

Proqram üzrə Bakı şəhərinin Binəqədi, Xəzər, Suraxanı, Sabunçu və Qaradağ rayonlarında 22 yeni yaşayış massivinin qazlaşdırılması planlaşdırılır. Bu genişmiqyaslı işə cari ilin sentyabr ayında başlanılması və mümkün qədər qısa zamanda yekunlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2018-ci il tarixli 431 nömrəli fərmanı ilə Bakı şəhərinin bir sıra yeni yaşayış massivlərinin qazlaşdırılması tədbirlərinin davam etdirilməsi məqsədilə dövlət büdcəsindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə 30 milyon manat vəsait ayrılıb.

Məntəqələrin adı Yeni massivlərin adları
28 May qəsəbəsi Dəmir yolunun alt və üst hissəsində yeni massiv
Binəqədi qəsəbəsi Duzlu göllə üzümlük plantasiyası arasında yerləşən yeni massiv
Biləcəri qəsəbəsi Aslanov küçəsindəki və 4 saylı “Ev Tikmə” Kombinatına gedən yolun sol tərəfindəki ərazilərə düşən yeni massiv
Xəzər rayonu -
Binə qəsəbəsi "Atçılıq" adlandırılan ərazidə badam bağlarının ətrafında yeni massiv
Keçmiş Hövsan südçülük sovxozunun ərazisində "Lələtəpə" adlandırılan məhəllədə yeni massiv
"Kanalüstü" adlandırılan ərazidə yeni massiv
Buzovna qəsəbəsi Şüvəlan-Buzovna yolunun sağ tərəfindəki, "Albalılıq" və "Təmənis" adlandırılan ərazilərə düşən yeni massiv
Şüvəlan qəsəbəsi Zirə-Pirallahı yolunun sol tərəfində yeni massiv
"Şüvəlan gülçülük sovxozu", "Mayak" və "Şimal DRES" adlandırılan ərazilərə düşən yeni massiv
Qaradağ rayonu -
Qobustan qəsəbəsi "1-ci massiv", "1-a massivi" və "2-a massivi" adlandırılan ərazilərə düşən yeni massiv
"1-ci təzə yurd" adlandırılan yeni massiv
Şıxlar qəsəbəsi "Şıxlar" adlandırılan ərazidə yeni massiv
Heybət qəsəbəsi "Heybət stansiyası" adlandırılan ərazidə yeni massiv
Sabunçu rayonu -
Kürdəxanı qəsəbəsi "Yeni məhəllə" və "Ləhiş bağları" adlandırılan ərazilərdə yeni massiv
Ramana qəsəbəsi D.Bünyadzadə küçəsində gölün yaxınlığındakı və "Şuşa şəhərciyi" adlandırılan ərazilərə düşən yeni massiv
Maştağa qəsəbəsi "Savalan", "Yeni məhəllə" və "Xanlar" adlandırılan ərazilərə düşən yeni massiv
"Ləhiş bağları" adlandırılan ərazidə yeni massiv
Zabrat qəsəbəsi "Dağüstü" adlandırılan ərazidə yeni massiv
Nardaran qəsəbəsi "Ləhiş bağları" adlandırılan ərazidə yeni massiv
Suraxanı rayonu -
Zığ qəsəbəsi Əmircan-Hövsan yolunun 5-ci kilometrliyinin sağ tərəfindəki və "Dədə Qorqud" adlandırılan əraziyə düşən yeni massiv
Hövsan qəsəbəsi Hövsan-Türkan yolunun sol tərəfindəki ərazidə yeni massiv
Yeni Suraxanı qəsəbəsi Dəmir yolunun yaxınlığındakı ərazidə yeni massiv

Məqalədə : qazlaşdırma 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Britaniyada Asanjın taleyi həll olur

14

Dekabr
15:48
DÜNYA
329

Elvin İsayev Azərbaycana deportasiya edildi

14

Dekabr
15:37
HÜQUQ,HADİSƏ
544

Bazar günü hava yağmursuz olacaq

14

Dekabr
13:04
ÖLKƏ
1549
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2019 02:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru