Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 May

2019
10:12
964
Bakı restoranlarında iftar menyusu - QİYMƏTLƏR

Ramazan ayı ilə bağlı şadlıq sarayları və restoranlarda toyların sayı, eləcə də kafelərdə müştərilərin sayı azalsa da, sözügedən kommersiya obyektləri bundan çıxış yolunu iftar və sahur menyuları tərtib etməkdə görürlər. Bir çox tanınmış brend restoranlar iftar menyularına xüsusi endirimlər etməklə oruc tutanları dəvət edirlər.

Məsələn, “MADO Azərbaycan”da  həm sahur, həm də iftar menyusu təklif olunur. Sahur menyusu 13 manat, iftar menyusu isə 22  manatdır.

“Dafne restaurant” da oruc tutanlar sahur və iftar saatlarını rahatlıqla keçirə bilərlər. Burada da iftar menyusu 22 AZN, sahur menyusu 13 AZN-dır. Restoranla müştəri qismində əlaqə saxladıq və bizə bildirdilər ki, iftar menyusuna 3 növ şorba, 3 növ salat, soyuq və isti ana yeməklər, desertlər, sərinləşdirici içkilər və limitsiz çay daxildir. Lakin müştəri təqdim olunan hər növdən birini seçməlidir.

“Özsüt Baku” restoranı da  bu il Ramazan ayı üçün həm sahur, həm də iftar menyusu təklif edir. Sahur menyusunun qiyməti 13 manatdır. Menyudan istifadə 7 yaşa kimi uşaqlara pulsuz, 7 yaşdan 15 yaşa kimi 50 faiz endirimlə təklif edilir. İftar menyusu isə 22, 26, 30 manat arasında dəyişir.

“Salam Aleykum” restoranında iftar menyusu 25 manatdır, “Qoç ət”də 20 manat, “Manqalüstü”ndə isə 19 manata iftar etmək mümkündür. “Mərkəz Lahmacun”da 12,5 manata, “Pizza İnn”də 12,5manata, “İzmir”də 10 manatdan 20 manata qədər hər qiymətə orucu açaraq, menyuda təqdim olunan yeməklərdən istifadə etmək olar.

“Kolorit Cafe&Dining” Nizami küçəsindəki (Torqoviy) filialında 9 manatlıq imsak menyusuna 30-dan çox yemək çeşidlərindən ibarət açıq bufet daxildir. İftar menyusu isə 16 AZN-dir. Bu qiymətə şorbalar, salatlar, ana yeməklər, qarnirlər, qəlyanalıtlar, içkilər, meyvələr, çərəzlər və desertlərdən istifadə edə bilərsiniz.

Qiymət fərqi menyudakı yeməklərdən asılı olaraq dəyişir. Müştəri seçilən yeməklərin sayına görə menyu tərcih edir. “Günaydın” restoranında isə iftar 60 manata başa gəlir. “Four Seasons Hotel”in restoranında da 7 çeşid yeməklə iftar menyusu 60 manatdır.

Təbii ki, qeyd etdiyimiz sonuncu  qiymətlər sadə vətəndaşların büdcəsinə uyğun deyil, bu restoranların da öz müştəri kateqoriyası var. Bəzi restoranlarda hətta iftar vaxtı boş yer tapmaq müşkülə çevrildiyindən, öncədən zəng edib masa sifariş  vermək daha məqsədəuyğundur.

Şadlıq saraylarının bəziləri də bu ayda müştərilərini itirməmək üçün iftar süfrələri ilə bağlı sifariş qəbul edirlər. Əlaqə saxladığımız restoranların bir qismi iftar süfrələri açmadıqlarını desələr də, bəziləri daha ucuz qiymətlərlə 50-100 nəfərlik iftar süfrələri ilə bağlı sifariş aldıqlarını bildirdilər. Məsələn, “Lake Palace”da, bir nəfər 18 manatdan olmaqla istənilən sayda qonağa iftar süfrəsi açmaq mümkündür.

Əlaqə saxladığımız “Golden Ring”, Sərin, Su səsi, Səma, Xudafərin və digər şadlıq saraylarından bəziləri ümumiyyətlə, iftar süfrələri ilə bağlı təcrübələrinin olmadığını bildirsələr də, bəziləri sifariş əsasında banket zallarından birində bunu təşkil edə biləcəklərini dedilər. Qiymət isə iftar süfrəsi üçün seçilmiş yeməklərdən asılı olaraq müəyyən edilir.

Qeyd edək ki, şadlıq sarayları əsasən Ramazan bayramından sonrakı  toy sezonuna hazırlaşır. Artıq bəzi tanınmış şadlıq evlərində iyun və iyul aylarının istirahət günləri tutulub, həftə içi günlərdə isə boş gün tapmaq mümkündür.("Yeni Müsavat")

Məqalədə : İftar menyusu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda avtoservisdən “Niva” oğurlanıb

21

Avqust
12:28
HÜQUQ,HADİSƏ
42

"Facebook"da yeni funksiya

21

Avqust
11:03
MARAQLIDIR
74

Siyəzəndə avtomobil qəzası: 8 nəfər yaralanıb

21

Avqust
10:11
HÜQUQ,HADİSƏ
126

Ağzının dadını bilən ayı - VİDEO

21

Avqust
10:10
MARAQLIDIR
176

Sudanda Suveren Şura yaradılıb

21

Avqust
10:08
DÜNYA
68

Azərbaycan nefti cüzi ucuzlaşıb

21

Avqust
09:55
İQTİSADİYYAT
93

Xarici valyutaların manata qarşı məzənnələri

21

Avqust
09:27
İQTİSADİYYAT
111
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 13:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru