Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Avqust

2019
14:55
1088
Bakı polisi narkobaronlara qarşı xüsusi əməliyyat keçirib

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin alqı-satqısı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı bir neçə xüsusi əməliyyat həyata keçirilib.

DİN-dən Faktxeber.com-a verilən məlumata görə, Baş İdarə əməkdaşlarının Binəqədi rayonunda keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş Lənkəran şəhər sakini Mehman Bayramov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 0,565 qram, idarə etdiyi “Opel” markalı avtomobildən isə 1 kiloqram 010 qram çəkidə yüksək təsiredici xassəyə malik psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində psixotrop maddələri satmaq niyyəti ilə əldə etdiyini etiraf edib.

Baş İdarə əməkdaşlarının Suraxanı rayonunda keçirdikləri növbəti əməliyyat zamanı isə əvvəllər dəfələrlə məhkum olunmuş Füzuli rayon sakini Xəqani Həsənov saxlanılıb. Onun üzərindən 2,161 qram, yaşadığı Hövsan qəsəbəsində yerləşən evindən isə 100,901 qram narkotik vasitə olan heroin aşkar edilırık götürülüb.

Narkotacirlərin ifşa edilməsi istiqamətində Baş İdarə əməkdaşlarının keçirdikləri daha bir əməliyyat isə paytaxtın Xətai rayonuda baş tutub. Belə ki, idarəyə Əhmədli qəsəbəsi Zığ yolu küçəsində Xalidə adlı şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə məlumat daxil olub. Həmin şəxsin saxlanılması istiqamətində keçirilən əməliyyat zamanı Xətai rayon sakini Xalidə Ağayeva tutularaq istintaqa təqdim edilib. Saxlanılan zaman X.Ağayevanın üzərindən 78,173 qram, yaşadığı evdən isə 3 kiloqaram 20 qram narkotik vasitə heroin, 194,645 qram tiryək, 500 qram psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib. X.Ağayeva ifadəsində bir müddətdir ki, narkotiklərin satışı ilə məşğul olduğunu, həmçinin tanınmasın deyə hər kəsə özünü “Bibixanım” deyə təqdim etdiyini bildirib.

Faktlarla bağlı saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə : Bakı Polisi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Vurğun Əyyubun səhhəti ağırlaşıb

22

Sentyabr
21:58
ÖLKƏ
327

Çində məscidləri dağıdırlar

22

Sentyabr
21:53
DÜNYA
327

İran parada yeni raket çıxardı - FOTO

22

Sentyabr
20:24
HƏRB
376

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
1198

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
1389

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
1163

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
1192

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
508
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2019 04:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru