Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyun

2019
18:22
3008
Bakının 134 məscidində yoxlamalar aparılıb

Azərbaycanda insanların məscidlərdəki dini ayinlərdə iştirakı ilə bağlı monitorinqlər aparırıq.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlının sözlərinə görə, aparılan monitorinqlər göstərir ki, Azərbaycan əhalisinin təxminən 7-8 faizi dini ayinlərini məscidlərdə icra edir:

“Bakının 134 məscidində aparılan monitorinqin nəticələri də eyni statistikanı verir. Amma bu, o demək deyil ki, ölkədə əhalinin dini inancları fərqlidir və ya dini ayinləri icra etmir. İnsanlar dini ayinləri, adətən, öz evlərində edir və onların dini ayinləri harada icra etməsi şəxsi seçimləridir. Burada heç bir məcburiyyət yoxdur və heç kim irad tuta bilməz”.

Komitə sədri əlavə edib ki, hazırda bütün məscidlərdə Qafqaz Müsəlmanları İdarəsinin təyin etdiyi imamlar fəaliyyət göstərir:

“Vəhdət namazı qılınan məscidlərdə isə iki imam təyin olunur və onlar da növbəli şəkildə bu namaza rəhbərlik edirlər. Elə məscidlər var ki, orada imam, onun köməkçisi və ya mütəvəlli var. Bu gün Bakıda təyinat olmayan məscidlər, demək olar, yoxdur. Bəzilərinin sənədlərində müəyyən problemlər var, lakin çalışırıq ki, onlar da qanuni fəaliyyət göstərsinlər”.

Məqalədə : məscid 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Goranboyda qəza - Ölən və xəsarət alanlar var

26

Avqust
14:00
HÜQUQ,HADİSƏ
65

İsmayıllıda meşə yanır - FOTO

26

Avqust
11:17
HÜQUQ,HADİSƏ
119

Bakının iki qəsəbəsində su olmayacaq

26

Avqust
10:43
ÖLKƏ
140

Xarici valyutaların manata qarşı məzənnələri

26

Avqust
09:52
İQTİSADİYYAT
124

Neft ucuzlaşdı, qaz bahlaşdı

26

Avqust
09:04
İQTİSADİYYAT
150
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 14:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru