Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 May

2019
10:05
270
Bakı metrosu səhərə qədər işləyə bilər

“Bakı Metropoliteni”nin stansiyaları futbol üzrə UEFA Avropa Liqasının final qarşılaşmasının keçiriləcəyi vaxt - mayın 29-da və 30-na keçən gecə səhərə qədər işləyə bilər.

Bu barədə FaktXəbər-ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, futbol üzrə UEFA Avropa Liqasının final qarşılaşmasının Bakıda keçirilməsi ilə əlaqədar insanların mənzil başına rahat gedişini təmin etmək üçün “Bakı Metropoliteni”nin stansiyaları mayın 29-da və 30-na keçən gecə səhərə qədər işləyə bilər:

“Bu gün bütün metro stansiyaları gücləndirilmiş iş rejiminə keçib. Final qarşılaşmasının başlayacağı vaxt sərnişinlərin təhlükəsizliyi və rahatlığını təmin etmək məqsədilə əlavə işçi qüvvəsinin və texniki vasitələrin, o cümlədən, ehtiyat qatarların ayrılması nəzərdə tutulub.

Qarşılaşmanı izləməyə gələn insanların metropolitendən təhlükəsiz istifadəsini təmin etmək üçün səhər saat 04:00-a qədər sərnişinlərin metropolitenə daxil olması və müvafiq marşrutlar üzrə hərəkəti təmin ediləcək. Ehtiyac olarsa, metro stansiyaları səhərə qədər fəaliyyət göstərəcək.

Məqsədimiz final oyununu izləyən sonuncu azarkeşə qədər təhlükəsiz və rahat mənzil başına çatdırmaqdır. Bu dəqiqə üçün metronun gecə saat 04:00-a qədər işləyəcəyi planlaşdırılıb. Lakin qeyd edilən vaxtdan sonra sərnişinlər olduğu təqdirdə onların da metrodan istifadəsi üçün şərait yaradılacaq və metronun fəaliyyəti səhərə qədər davam edəcək.

May ayının 27-dən turistlərin daha sıx istifadə edəcəyi stansiyalarda könüllülər əcnəbilərə bələdçilik edir”.

Məqalədə : Bakı metro 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Keşlə" argentinalı futbolçu aldı

17

İyun
15:20
İDMAN
1152

Xırdalanda qəza yolu bağladı

17

İyun
14:19
HÜQUQ,HADİSƏ
1326

Azərbaycan qazı Avropaya çatdırılıb

17

İyun
14:13
İQTİSADİYYAT
1768

İlon Mask Twitter-ini bağladı

17

İyun
12:31
DÜNYA
1071

Bu il xaricə 3 milyon 689 min dollarlıq çay SATIB

17

İyun
12:24
İQTİSADİYYAT
1426

Ağstafadakı gülləbarana dair RƏSMİ AÇIQLAMA

17

İyun
12:05
HÜQUQ,HADİSƏ
1162

Rəqibini yıxaraq çempion etdi - VİDEO

17

İyun
11:33
İDMAN
1773

6300-dən çox bakalavr ixtisas seçimi edib

17

İyun
11:12
ELM / TƏHSİL
1216

Azərbaycan nefti bahalaşıb

17

İyun
10:59
İQTİSADİYYAT
1150
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2019 15:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru