Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 İyun

2020
10:57
Bakı metrosunda sərnişinlər üçün YENİLİK

Bu gündən etibarən metro qatarlarında sərnişinlərə karantin qaydaları ilə bağlı yeni müraciət səsləndirilir.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, karantin qaydaları çərçivəsində qoruyucu vasitələrdən istifadəyə laqeyd yanaşan sərnişinlər üçün yeni elan hazırlanıb:

“Bu gündən etibarən stansiyalarda karantin qaydaları ilə bağlı 6 yeni poster yerləşdiriləcək. Bundan başqa, stansiyalarda sərnişinlərin qoruyucu maskalardan istifadəyə məsuliyyətli yanaşmaları üçün yeni elan verilib. Elanı Dj Fateh səsləndirib. Onun səsi ilə sərnişinlərə karantin rejimi ilə bağlı metodiki göstərişlərə riayət etmək, sosial məsafəni qorumaq tövsiyə olunacaq. Çalışmışıq ki, elan yorucu olmasın. Fərqli müraciət forması olacaq. Düşünürük ki, bu diqqət çəkəcək və maraqla qarşılanacaq”.

Metroda karantin qaydalarının pozulması ilə bağlı isə qurum rəsmisi bildirib ki, bununla bağlı statistika metropoliten əməkdaşları tərəfindən aparılmır:

“Əməkdaşlarımız platformada qoruyucu vasitələri çıxaran şəxslərə yaxınlaşaraq, maskaları qaydalara uyğun şəkildə istifadə etməyi tövsiyə edir. Qayda pozuntusu və cərimə məsələlərinə polislər nəzarət edir”.(oxu.az)

Məqalədə : metro 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda bir şagirdi olan iki məktəb var

06

May
16:55
ELM / TƏHSİL
376

Yoluxanların sayı azaldı

06

May
16:51
ÖLKƏ
341

Bakıda narkotik vasitə qəbul edən kişi öldü

06

May
15:33
HÜQUQ,HADİSƏ
325

Sabahın hava proqnozu açıqlandı

06

May
13:04
ÖLKƏ
380
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-05-2021 07:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru