Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 May

2020
11:55
Bakı metropoliteni gücləndirilmiş rejimə keçib

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən mayın 18-dən etibarən ölkədə vətəndaşların SMS-lə icazə alması prosesi ləğv olunduğundan metro stansiyalarında sərnişinlərin sayı artıb.

Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, karantin qaydalarında yumşaldılma davam etdiyindən metropoliten gücləndirilmiş rejimdə fəaliyyət göstərir:

"SMS icazə bu gündən ləğv olunduğundan sərnişin sayında artım müşahidə edilir. Buna baxmayaraq, Bakı metropoliteni Nazirlər Kabineti yanında Operativ Qərargahın metodiki göstərişləri və tətbiq olunan qaydalara uyğun olaraq fəaliyyətini davam etdirir. Tibbi maskası olmayan sərnişin metro stansiyalarına buraxılmır, sosial məsafənin saxlanmsı ilə bağlı sərnişinlərlə mütəmadi iş aparılır, tövsiyyələr olunur".

B.Məmmədov deyib ki, metropoliten fəaliyyətini bərpa edəndən sonra qatarlar sıx intervalla hərəkətini davam etdirir: "Pik saatlarda "Həzi Aslanov"- "28 May" stansiyaları arasında qatarların hərəkət intervalı 2 dəqiqəyə endirilib. Hazırda da metropoliten gücləndirilmiş iş rejimində çalışır".

Məqalədə : metro 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiyada helikopter sərt eniş edib

26

May
09:44
DÜNYA
407

“Azsığorta”dan oğurluq olub

25

May
13:39
HÜQUQ,HADİSƏ
316

Neftçala sakinindən 10 kq narkotik götürülüb

25

May
13:00
HÜQUQ,HADİSƏ
233

Biləsuvarda narkotacirlər tutuldu

25

May
12:40
HÜQUQ,HADİSƏ
271
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-05-2020 23:58





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru