Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Avqust

2019
12:25
1781
Bakı kəndlərinin yay mövsümündə ən böyük dərdi - Su

Əhali üç ildir ki, su çəkiləcəyini gözləməkdən bezar olub; camaat 8 ton içməli suya hər ay 25 manat ödəyir...

“Üç ildir ki, su çəkiləcəyini gözləməkdən bezar olmuşuq. Olimpiya kompleksinə qədər camaatı içməli su ilə təmin ediblər. Amma bağlar massivində yaşayanlar susuzluqdan qırılır. Elə bil bura Kərbəla çölüdür.

Kompleksdən bağlar massivinə isə iş dayanıb. Dövlət vəsait də ayırıb, amma 3 ildir ki, iş getmir. Biz pul verib içməli su almaqdan cana doymuşuq".

Bakının Zirə kəndinin bağlar massivində yaşayanlar bizimlə söhbətində belə deyirlər. Onların bildirdiyinə görə, bir çən su almaq üçün 25 manat ödəniş edirlər: “Su xətti çəksinlər, sayğac qoysunlar, bu pulu elə dövlətə verərik də, üstəlik, az ödəyərik. 8 ton su üçün 25 manat veririk.

Burada bir çoxu daimi yaşayanlardır. Bağ mövsümündə gələnlər də var. Amma evlərin çoxunda yay-qış yaşayış var, camaat əziyyət çəkir".

Zirə sakinləri susuzluqdan ağacların, güllərin quruduğunu bizə göstərir.  Onlar deyirlər ki, içməyə su tapılmır, ağaclar necə sulansın: “Layihə yarımçıq qalıb, su çəkilmir. Biz 8 tona 25 manat verməkdənsə, həmin həcmə görə 4-5 manat dövlətə ödəyərik. Hər ay 25 manat su pulu vermək nə deməkdir? Əhali qışda 25 manat qaz pulu ödəyir. Biz hər ay 25 manat suya veririk. Əksəriyyəti şəhərdən su alır, maşına qoyub Zirəyə gətirir. Heç kimə səbəbi deyilmir ki, su çəkilişi niyə yarımçıq dayanıb. Kəndin bir hissəsinə su veriblər, bağlar massivi susuzluqdan mələşir. Adından da görünür ki, bağlar ərazisinə su daha çox lazımdır. İndi biz bilmirik ki, pul mənimsənilib, maliyyə çatışmır, yoxsa nədir, faktiki olaraq iş getmir”.

Bağlar massivində yaşayanlar deyirlər ki, onların qazı da yoxdur, amma indi əsas problem içməli su təminatıdır: “Kənddə ağaclara baxın, hamısı solub-saralıb, qupquru olub. İnsanlar öz həyətindəki ağacları sulamağa imkan tapmır. Biz ”Azərsu" rəhbərliyindən xahiş edirik ki, su problemimizə həssas yanaşsınlar".

Zirə sakinləri bildirirlər ki, müvafiq qurumun rəsmiləri bağlar massivinə baş çəksələr real vəziyyətin şahidi olarlar: “Görəcəklər ki, iş yarımçıq qalıb, kəndin bir tərəfində içməli su var, bağlar istiqaməti susuzluqdan yanır. Biz nə istəyirik? İstəyirik ki, layihə başa çatsın, sayğaclar quraşdırılsın, dövlətə pul ödəyək, evlərimizə su gəlsin”.

Bağ evi olan Xurşud 5 ildən çoxdur ki, burada yaşadığını söyləyir: “Mən 3 aya 75 manat suya pul vermişəm. Halbuki üç ay ərzində borc gəlsəydi uzağı 15-20 manat verərdim. Ortada müəmma var, su çəkilişi niyə yarımçıq qalmalıdır? Yol çəkməyə başlanırsa, axıra qədər iş görülür, qaz çəkilirsə, yarımçıq qoyulmur, mən birinci dəfə görürəm ki, su layihəsi yarımçıq qalsın”.

Qurumun mətbuat katibi Anar Cəbrayıllı açıqlamasında bildirib ki, həqiqətən də Ləhiş bağlarının, Nardaran qəsəbəsinin və Albalılıq qəsəbəsinin bir hissəsində su şəbəkəsi yoxdur.  Ancaq digər qəsəbələrin ərazisində su var: “Mərdəkan, Şüvəlan, Kürdəxanı, Pirşağı, Görədil, Novxanı və s. ərazilərə normal su verilir. Şəbəkə olmayan ərazilər üçün də planlarımız var. Gələcəkdə planlayırıq ki, Ceyranbatandan Zirə istiqamətində 21 magistral su kəməri çəkək. Hazırda iki magistral su kəməri var. Biri 70-ci illərin sonunda, digəri isə 2013-cü ildə istifadəyə verilib”.

A.Cəbrayıllı qeyd edib ki, Bakıətrafı qəsəbələrin normal su təchizatı üçün 3-cü su kəmərinin tikilməsinə ehtiyac var. Bu kəmərin tikilməsi, eyni zamanda paralel olaraq şəbəkələrin genişlənməsi hesabına gələcəkdə bağ massivlərində, Bakıətrafı kənd və qəsəbələrdə mərkəzləşdirilmiş qaydada su almayan əhali içməli su ilə təmin ediləcək.(musavat.com)

Məqalədə : su problemi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"QARA PLYONKA" məsələsinə nöqtə! - FOTO

20

Avqust
16:55
NƏQLİYYAT
371

Tikinti icazəsi "Bir pəncərə" sisteminə keçir

20

Avqust
15:42
HÜQUQ,HADİSƏ
719

Smartfonun beynin məhsuldarlığına təsiri öyrənilib

20

Avqust
15:05
AİLƏ, SAĞLAMLIQ
1423

Hirkan Milli Parkında yanğın başlayıb

20

Avqust
14:13
HÜQUQ,HADİSƏ
124

Bakıda kirayə evlər ötən aydan bahalaşıb

20

Avqust
14:10
İQTİSADİYYAT
1716

Füzulidə top mərmisi tapılıb

20

Avqust
14:07
HƏRB
753

BMT-dən fillərlə bağlı QADAĞA

20

Avqust
12:56
MARAQLIDIR
172

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

20

Avqust
12:49
HÜQUQ,HADİSƏ
153

Avqustun 21-ə gözlənilən hava proqnozu

20

Avqust
12:41
ÖLKƏ
175

Bakı metrosunda işıqlar söndü

20

Avqust
12:40
HÜQUQ,HADİSƏ
159
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2019 21:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru