Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Avqust

2019
14:00
1295
Bakı dünyanın 50 ən təhlükəsiz şəhəri sırasındadır

Bakı dünyanın 2019-cu ildə ən təhlükəsiz şəhərləri reytinqinin top 50-də yer alıb.

“The Economist İntelligence Unit” (EİU) analitik mərkəzi ilə “The Economist” dərgisi tərəfindən tərtib edilən illik hesabatdakı reytinqə görə paytaxt maksimum 100 xaldan 56,4 xal toplayaraq 49-cu yeri tutub.

Reytinqdə qeydə alınan 60 şəhər rəqəmli təhlükəsizlik, səhiyyə xidmətləri, infrastruktur, fərdi təhlükəsizlik daxil olmaqla 57 müxtəlif göstərici əsasında dəyərləndirilib.

Belə ki, Kopenhagen, Dubay, Laqos şəhərləri ilə yanaşı, reytinqə ilk dəfədir qiymətləndirilən Bakı rəqəmli təhlükəsizliklə bağlı siyahıda 51,7 xalla 46-cı yerdə, səhiyyə təhlükəsizliyi ilə bağlı siyahıda 64 xalla 41-ci yerdə, fərdi təhlükəsizlik baxımından 63,7 xalla 49-cu yerdə, infrastruktur təhlükəsizliyi üzrə isə 46,3 xalla 54-cü yerdə qərarlaşıb.

Reytinqdə birinci yeri Tokio tutub. Sonrakı yerlərdə ardıcıllıqla Sinqapur, Osaka, Amsterdam, Sidney, Toronto, Vaşinqton, Kopenhagen, Seul, Melburn qərarlaşıb.

Araşdırma müəlliflərinə görə, hazırda bəşəriyyətin 56 faizi şəhərlərdə yaşayırsa, 2050-ci ildə bu rəqəm 68 faizə çatacaq.(report)

Məqalədə : Bakı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Vurğun Əyyubun səhhəti ağırlaşıb

22

Sentyabr
21:58
ÖLKƏ
327

Çində məscidləri dağıdırlar

22

Sentyabr
21:53
DÜNYA
327

İran parada yeni raket çıxardı - FOTO

22

Sentyabr
20:24
HƏRB
376

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
1198

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
1389

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
1163

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
1192

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
509
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2019 04:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru