Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Yanvar

2020
09:37
Bakıda üzərində odlu silah gəzdirən keçmiş məhkum saxlanılıb

Bakıda üzərində odlu silah gəzdirən keçmiş məhkum saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən FaktXəbər-ə verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxsi tutub.

Belə ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş, paytaxt sakini Natiq Hüseynov tutulub.

Onun üzərinə baxış zamanı 1 ədəd "Makarov" konstruksiyalı atəşə yararlı tapança, 1 ədəd həmin silaha məxsus daraq və 3 ədəd patron aşkar edilərək götürülüb. Saxlanılan şəxs silah-sursatın ona məxsus olduğunu və polisə təhvil verməyərək qanunsuz olaraq üzərində gəzdirdiyini etiraf edib.

Faktla bağlı 22-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa aidiyyəti üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər. 

Məqalədə : odlu silah 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da kitabxananın qiyməti 150 manata qaldırıldı

29

Fevral
14:10
BÖLMƏNİ DÜZ SEÇ!
195

Bakıda gənc qadın pnevmoniyadan öldü

29

Fevral
13:42
HÜQUQ,HADİSƏ
231

Bakıda itkin düşən 5 nəfər tapılıb

29

Fevral
09:48
HÜQUQ,HADİSƏ
328

Atəşkəs rejimi 22 dəfə pozulub

29

Fevral
09:30
HƏRB
322

İstirahət günlərinin hava proqnozu

28

Fevral
17:41
ÖLKƏ
476
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-02-2020 16:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru