Bakıda yük maşını körpüdən aşdı - VİDEO

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Yanvar

2018
09:34
5326
Bakıda yük maşını körpüdən aşdı - VİDEO

Bakının Binəqədi rayonu ərazisində bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Bakı Dairəvi yolu ilə Sumqayıt istiqamətində hərəkətdə olan 10-AC-392 dövlət nömrə nişanlı sement daşıyan yük avtomobili döngəyə daxil olərkən sürət həddi yüksək olduğundan idarəetməni itirib. Yük maşını dəmir maneələrə çırpılaraq təxminən 6 metr hündürlükdən aşağıdakı yola düşüb. Hadisə zamanı sürücü ağır xəsarət alıb. Yaxınlıqdakı vətəndaşlar onu xəstəxanaya aparıb.

Hadisə yerinə DYP əməkdaşları gəliblər.

Qeyd edək ki, hadisə ilə əlaqədar Avtovağzaldan Biləcəriyə gedən yolda böyük tıxac yaranıb. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2018 00:08



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com