Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Noyabr

2019
10:36
Bakıda yeni qarət növü tapıblar

Bakıda Pakistan vətəndaşı qarşı qəribə qarət həyata keçirilib. 

Belə ki, Səbail rayonu, H.Z.Tağıyev küçəsi, ev 18, mənzil 9 ünvanında yerləşən hosteli işlədən Pakistan vətəndaşı Ali Vaqar Başerat  polisə müraciət edərək bildirib ki, gecə saatlarında tanımadığı 4 nəfər yer üçün ona müraciət etdib.

FaktXəbər-in məlumatına görə, daha sonra naməlum qonaqlar ondan su istəyiblər. Başerat su üçün mətbəxə keçəndə qonaqlardan biri onun içərisində 3000 dollar olan çantasını götürərək qaçıb.

Hostel sahibi qarətçilərdən birini tutub saxlasa da, həmin şəxs sahibkarın əlini dişləyib və aradan çıxıb.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslərdən biri, Şamaxı rayon sakini, 1993-cü il təvəllüdlü Hafiz Əsgərov saxlanılıb. Hadisənin digər iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə : qarət 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Britaniyada Asanjın taleyi həll olur

14

Dekabr
15:48
DÜNYA
324

Elvin İsayev Azərbaycana deportasiya edildi

14

Dekabr
15:37
HÜQUQ,HADİSƏ
538

Bazar günü hava yağmursuz olacaq

14

Dekabr
13:04
ÖLKƏ
1549
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2019 23:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru