Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 İyun

2019
12:45
852
Bakıda vəkili döyən polislər işdən çıxarılıb

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində vəkil Orxan Kəngərlini döyən polislər işdən çıxarılıb.  

Bunu vəkil Anar Qasımlı bildirib. 

Belə ki, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun 7 iyun tarixli əmri ilə Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəis müavini Yalçın Yaqubov daxili işlər orqanlarından xaric edilib, təhqiqatçı Elnur Rəşidov isə vəzifədən azad olunub. Nazirin digər əmri ilə əməliyyatçı və sahə müvəkkilinə töhmət və xidmətə yararsızlıq intizam məluliyyətinə cəlb etmə tətbiq olunub.

Qeyd edək ki, Vəkillər Kollegiyasının üzvü Orxan Kəngərlinin Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində fiziki təzyiqə məruz qalması ilə bağlı məlumat yaymışdı. Lakin Daxili İşlər Nazirliyi məlumatın yalan olduğunu, vəkilin polis şöbəsinin normal iş rejimini pozmasına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərildiyini açıqlamışdı.(Report)

Məqalədə : vəkil 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölümlə burun-buruna - VİDEO

16

İyun
16:13
NƏQLİYYAT
2460

Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR

16

İyun
15:25
AİLƏ, SAĞLAMLIQ
2295

Masallıda zəlzələ olub

16

İyun
10:51
ÖLKƏ
1748

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1489

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
448

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
232

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1183
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2019 21:29



  (+994 55) 786-96-84

  fak[email protected]

Valyuta.com

Рейтинг@Mail.ru