Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 İyul

2021
17:24
Bakıda velosiped yollarında yenilik

Son vaxtlar Bakı şəhərində velosiped nəqliyyatının təşviqi, bununla bağlı infrastrukturun qurulması istiqamətində tədbirlər həyata keçirilir.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilir ki, BNA velosiped nəqliyyatının inkişafına dair strategiya hazırlayaraq icra edir. Strategiyaya əsasən velosiped infrastrukturunun qurulması şəhər mərkəzi və ətraf əraziləri əhatə edəcək ki, bu da gələcəkdə velosiped yol şəbəkəsini formalaşdıracaq.

Ümumilikdə, velosiped infrastrukturunun iki istiqamətdə qurulması nəzərdə tutulub:

1) yol infrastrukturunun imkan verdiyi ərazilərdə təhlükəsizlik nəzərə alınmaqla və daha az vaxt sərf edilməklə müvafiq nişan və üfüqi nişanlama xətləri vasitəsilə;

2) digər ərazilərdə isə tikinti-quraşdrıma işləri aparılmaqla.

Şəhərin əsasən mərkəzi hissəsini əhatə edən 7,5 km uzunluğunda velosiped yolu məhz tikinti-quraşdırma işlərini tələb edir. Layihə aidiyyəti qurumlarla razılaşdırılıb və icra ediləcək.

İnfrastrukturun imkan verdiyi ərazilərdə isə artıq strategiyada nəzərdə tutulan velosiped şəbəkəsinin ilk fazası icra edilib. Söhbət Bilgəh Kardioloji Sanatoriyasını və digər müalicə-istirahət mərkəzlərini bir-biri ilə əlaqələndirən velosiped yolundan gedir. Yay mövsümündə şəhər əhalisinin daha çox bu məkanlara üz tutduğunu nəzərə alsaq, işlərə məhz bu ərazilərdən başlanılmasına qərar verilib.

Bakı Dairəvi maililiyi, həmçinin mövcud infrastruktur bu ərazidə velosiped yolunun salınmasına imkan verir. İki km-lik velosiped yolu iki istiqamət üzrə 2.50 metr enində təşkil edilib və təhlükəsiz hərəkəti təmin etmək məqsədilə 70 sm enində bufer zona yerləşdilib. Eyni zamanda bufer zonada diqqəti və görünmə səviyyəsini artırmaq üçün işıqqaytarıcı effektə malik rezin dirəklər quraşdılıb.

Avtomobil sürücülərindən xahiş edirik ki, velosipedçilərin hərəkətini çətinləşdirməsinlər və yol hərəkəti qaydalarına əməl etsinlər. Velosiped yolu üzərində avtomobili park etmək və ya velosiped yolu boyunca hərəkət etmək qadağandır. Müəyyən edilən yerlərdə velosipeddən istifadə edənlərin hərəkət üstünlüyünə də anlayışla yanaşılmasını tövsiyə edirik. Eyni qaydada velosiped istifadəçiləri də yol hərəkəti qaydalarına əməl etməlidirlər.

Yolun əhatə etdiyi ərazidə 10 minə yaxın əhalinin daimi yaşadığını və yaz-yay aylarında çoxlu sayda ziyarətçi cəlb etdiyini nəzərə alsaq, hazırlanmış layihə turizm sektorunun inkişafı baxımından da xüsusi əhəmiyyətə malikdir. Növbəti mərhələlərdə isə sözügedən velosiped yolunun Buzovna və Pirşağı qəsəbələrinə qədər təşkil edilməsi planlaşdırılır ki, bu da qəsəbələrarası əlaqələndirmədə velosiped nəqliyyatının payının artmasına imkan verəcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xocalıda silah-sursat aşkarlanıb

29

İyul
14:32
HƏRB
260

Bayden Obamanı Trampla səhv saldı

29

İyul
14:19
DÜNYA
260

Erməni terrorçu qrupun üzvlərinə hökm oxunub

29

İyul
13:30
HÜQUQ,HADİSƏ
240

Sabahın hava proqnozu açıqlandı

29

İyul
13:03
ÖLKƏ
231

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

29

İyul
12:38
MƏNƏVİYYAT
445

Azərbaycan nefti yenidən bahalaşıb

29

İyul
11:14
İQTİSADİYYAT
271

Neftin bahalaşması davam edir

29

İyul
10:47
İQTİSADİYYAT
356
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-07-2021 19:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru