Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Oktyabr

2019
12:41
Bakıda tikintisi davam edən yaşayış binalarının sayı açıqlanıb

"Hazırda Azərbaycanda 401 obyektin tikintisi aparılır. Onun da 86 faizini çoxmənzilli yaşayış binası, 14 faizini isə qeyri-yaşayış obyekti təşkil edir".

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin müdir müavini Murad Fətullayev bildirib.

Onun sözlərinə görə, ölkə üzrə çoxmənzilli yaşayış binalarının 78 faizi Bakı, 14 faizi Sumqayıt və Abşeron, 8 faiz isə digər regionların payına düşür: "Bakı üzrə hazırda tikintisi davam edən 260 yaşayış binası var. Bu tikintilər 527 podratçı şirkət tərəfindən həyata keçirilir. Bakı üzrə tikintidə çalışan rəsmi işçilərin sayı 27 243 nəfərdir. Bakının rayonları üzrə yaşayış binaları ən çox Yasamal (19,7%), Nəsimi (18,1%), Nərimanovda (15,7%), ən azı isə Qaradağ və Pirallahıda (0,4%) yerləşir". 

M.Fətullayev qeyd edib ki, iki il ərzində tikinti şirkətləri tərəfindən, ümumilikdə, 147 563 əmək müqaviləsi imzalanıb: "Qurumun fəaliyyət göstərdiyi iki il ərzində isə 300 tikinti şirkəti monitorinqə cəlb edilib və monitorinqlərdən sonra imzalanan əmək müqavilələrinin sayı 78 193 olub".(Report)

Məqalədə : Bakı tikinti 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43316

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41593

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43239

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42687

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48239

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42767

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43209
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2020 23:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru