Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Fevral

2020
14:54
Bakıda tanınmış iş qadını saxlanıldı

Bakıda fəaliyyət göstərən “Mak Marin LTD” şirkətinin təsisçisi və rəhbəri Mətanət Süleymanzadə saxlanılıb.

Şirkət rəhbəri işə düzəltmək adı ilə yüzlərlə insanın pulunu mənimsəməkdə günahlandırılır.

M.Süleymanzadə insanları Azfen, BP və bu kimi nüfuzlu şirkətlərdə işlə təmin edəcəyinə inandıraraq pullarını mənimsəyib və komandası ilə birlikdə aradan çıxıb. Aldadılan şəxslər ofisin qapılarını bağlı görüb, polisə müraciət ediblər. Dələduz şirkət sahibinin yeri elə qurbanları vasitəsilə müəyyən edilib və o, polisə təhvil verilib.

Qeyd edək ki, M.Süleymanzadə bundan əvvəl “Topstaff” və “MAcstaff” adlı şirkətlər yaradaraq dələduzluq edib. İndi isə “Mak Marin LTD” adlı şirkəti vasitəsilə insanları aldadıb, pullarını alıb.

“Mak Marin LTD” şirkəti 01.05.2019 tarixində qeydiyyata alınıb. Qanuni təmsilçi olaraq Həsənova Mətanət Zahir qızı göstərilir. Şirkət Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 36, mənzil 6 ünvanında qeydiyyata alınıb. Faktiki olaraq Əlyar Əliyev küçəsi 69 ünvanında fəaliyyət göstərirdi. 

M.Süleymanzadə yerli mediada yetərincə tanınmış simadır. İndiyədək bir neçə mükafata layiq görülüb. (BAKU.WS)

Məqalədə : Mətanət Süleymanzadə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

MSK müraciətləri araşdırır

24

Fevral
16:31
ÖLKƏ
264

Nazirlər Kabinetinin rəsmi saytının adı dəyişib

24

Fevral
14:15
BÖLMƏNİ DÜZ SEÇ!
291

Sabah hava yağmursuz olacaq

24

Fevral
13:08
ÖLKƏ
273

Başı hərlənən qız ölümdən döndü - VİDEO

24

Fevral
13:06
HÜQUQ,HADİSƏ
1230
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-02-2020 00:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru